Məhkəmə qərarları › İş №3(011)-3334/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3334/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3334/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində idarə etdiyi «Skoda Yeti» minik markalı, **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xəta rayonu ərazisində hərəkətdə olduğu zaman İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində idarə etdiyi «Skoda Yeti» minik markalı, **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə təxminən saatda 20 km sürətlə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ilə üzü N.Tusi küçəsi istiqamətində hərəkətdə olan zaman görmüş ki, sağ tərəfdən piyada şəxs çiynində dəmir qırıntıları olan kisə ilə yolun ortası ilə yolun aşağı istiqamətinə doğru hərəkətdə olmuş, bu zaman Rəşad adlı şəxsin ayağı sol tərəfə tərəf büdrəmiş, o həmin anda avtomobili sola doğru istiqaməti götürüb saxlama ǝylacini sıxmış, dayanmış, bu zaman Rəşadın kisəsi onun avtomobilinin sağ yan hissəsinə toxunaraq yıxılmış, bundan sonra post patrul xidməti əməkdaşları gəlmiş, oradakı adamların köməkliyi ilə onu köməklik edərək PPX avtomobilinə əyləşdirərək “Medika Hospital”a aparmışlar, o da onların arxasınca getmiş, xəstəxanada Rəşadın müayinəsi ilə bağlı daxili orqanları müayinə olunmuş, heç bir ağır travması olmamış, sınığı və çatı aşkar edilməmiş, sol ayağının üst hissəsində əziyi müəyyən olunmuş, sonra o onu Travmatologiya xəstəxanasına da aparmış, orada da onun ayağı ilə bağlı müayinə olunmuş, yenə heç bir sınıq və çat aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ona demişki sərxoşdu, günah onun özündədir, özü yıxılmışdır. Rəşadın ona qarşı hazırda şikayəti yoxdur. Qeyd olunanların nəzərə alınaraq barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində piyada olaraq asta yerişlə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində yolu qarşı tərəfə asta yerişlə keçmək istəyən zaman sol tərəfdən hərəkətdə olan «Skoda Yeti» minik markalı, **-LJ-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yoluna çıxdığı üçün ona avtomobil toxunmuş, sonra isə o yıxılaraq xəsarət almış, bundan sonra sürücü sonradan adını bildiyi Sevinc adlı xanım onu xəstəxanaya aparmış, orada müayinə etdirdikdən sonra yaşadığı evə aparmışdır. Hazırda heç bir şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 xx.xx.2023-cü il tarixli 881 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpəənsə nahiyəsinin dərialtı hematoması, sıyrıqları, sağ almacıq və burun nahiyəsinin sıyrıqları, sol aşıq-baldır oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi və sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya təsirində törənmişlər, xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir; 14 avqust 2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan məlum olur ki, Şəxs əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir; Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İbadova X1 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar