Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3339/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, X2nun iştirakları ilə, X6 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X11 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilı birlikdə xx.xx.2021-ci ildən etibarən ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ildən etibarən alt qonşuları olan X4 tərəfindən davamlı olaraq narahatlığa onun kobud və təhqiramiz ifadələrinə məruz qalırlar. Sonuncu dəfə, yəni xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı mənzilin kondisionerini təmir etdirmək məqsədilə mənzilə ustaları çağırmışdır. Qeyd etməlidir ki, Z.Səfərova kondisionerin su şlanqından onun pəncərəsinə su damcıladığına dair gəlib iradını bildirməsi əsasında həmin ustaları evə dəvət edib, su şlanqına ehtiyat boru əlavə etməklə su şlanqını uzadıb ümumi boru xəttinə keçirmək istəmişlər. Lakin Z.Səfərova onların yaşadıqları mənzilə gəlib ilk əvvəl ustalara, daha sonra isə ona hücum etmiş, onları, həmçinin anası Xalidə xanımı soyüb-təhqir etmişdir. Bundan sonra Z.Səfərova kondisionerə əvvəldən yerləşdirilmiş su şlanqını ümumiyyətlə sökməyə başlamışdır. Daha sonra Z.Səfərova öz mənzilinə getmişdir. O, AR DİN-nin 102 Xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər müddət keçəndən sonra mənzilə polis əməkdaşları yaxınlaşmışlar və barəsində Z.Səfərova tərəfindən şikayət daxil olduğunu ona bədən xəsarətləri yetirdiyini bildirmişlər. Həqiqətdə isə ona ümumiyyətlə toxunmamışdır. O, öz-özünə xəsarət yetirmiş, onu şərləmək üçün yalandan dəlillər yaratmışdır. Binada yaşayan sakin olaraq artıq neçənci dəfədir ki, onun belə hərəkətlərinə məruz qalır. Dəfələrlə onu və ailəsini təhdid edib onları tutduracağını bildirmişdir. Onun psixoloji problemləri vardır. Polis Şöbəsində olarkən yuxarıda sadaladığı halları dəfələrlə əməkdaşa bildirməyinə və mənzildə işləməyə dəvət etdiyi, həmçinin hadisənin bilavasitə şahidi olmuş ustaları, eləcə də binanın komendantını dəvət edərək izahatlarının alınmasını, əlavə olaraq binada o və ailəsindən başqa yaşayan bir çox sakinləri də narahat etdiyini qeyd etməyinə baxmayaraq heç bir ədalətli araşdırma aparmadan, yalnız barəsində şikayət etmiş Z.Səfərovanın izahatını əsas götürərək belə qənaətə gəlmişdir ki, o, ona fiziki zor tətbiq etməklə ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Bununla da toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Məlumat üçün qeyd edir ki, qeyd olunan qərardan da məhkəmə nəzarəti qaydasında şikayətlə Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan sonra PŞ-nin aidiyyatı əməkdaşı tərəfindən AR İXM-nin 157 maddəsində nəzərdə tutulmuş xətanı törətməyinə dair 300 manat məbləğində cərimə edilməsi barədə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmır və əməlində inzibati xəta tərkibinin həqiqətən olması müəyyən edilmir. Belə ki, təhqiqatçı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarında istinad olunmuş Məhkəmə-Tibbi Ekspertizasından alınmış rəyinə qiymət verərək, qeyd edir ki, müayinə zamanı vətəndaş Z.Səfərovanın bədən səthi üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkar olunmuşdur. Halbuki həmin xəsarətin mövcud olması xəsarətin onun tərəfindən törətdilməsini təsdiq etmir. Belə ki, ekspert yalnız şəxsdə xəsarətin mövcud olub-olmamasını müəyyən edir ki, xəsarətin məhz onun tərəfindən törədilməsi digər sübutlarla təsdiq olunmalıdır ki, hazırki işin materiallarında belə bir sübut müəyyən olunmamışdır. Belə olan halda əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin, yəni onun təqsirli olmağına əsaslı şübhələr yaradır və təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Ona görə də hazırki inzibati xəta haqqında iş üzrə icraatda onun təqsirli olunması sübut olunmamışdır. Ona görə də əməlində inzibati xəta tərkibi yoxdur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan onun Z.Səfərovanı döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, onun İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə də qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X11 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin X2 izahatında əlavə olaraq qeyd etmişdir ki, tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olmuş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bahadur Ənnağızadə tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən binanın komendantı vəzifəsində işləyir. Həmin binada yaşayan Zümrüdxanım özü davaya meyilli şəxsdir. Hadisə baş verən zaman Rəşad Əliyev tərəfindən ona heç bir xəsarət yetirilməmişdir, əksinə o, özü-özünə zərər yetirmiş və qollarını cırmaqlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səs-küy eşitdiyindən Rəşadın yaşadığı mənzilə qalxmış və Rəşadla Zümrüdxanımın mübahisə etdiyini, daha sonra isə Zümrüdxanımın əlləri ilə özünü cırmaqlamasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, hadisə baş verən zaman o, evinin balkonunda olmuş və hadisəni əvvəldən axıra kimi öz gözləri ilə görmüşdür. Zümrüdxanım adlı qadın səs-küy salaraq təmir işlərinin aparılmasına maneçilik törətmiş, orada olan şəxsləri təhqir etmiş, daha sonra isə döyülməsi barədə polisə yalan məlumat vermişdir. Rəşad Əliyev ümumiyyətlə həmin qadına toxunmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, şikayətçi və şahidlərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Elvin İbrahimli tərəfindən tərtib olunmuş 06 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində X11 şəxsi münasibətlər zəminində qonşusu X3 fiziki zor tətbiq etməklə ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir; Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin rəisi X8 tərəfindən 07 sentyabr 2023cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi göstərilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bahadur Ənnağızadə tərəfindən qəbul edilmiş 27 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Xətai RPİ-nin 37-ci PŞ-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-105/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bahadur Ənnağızadə tərəfindən qəbul edilmiş 27 avqust 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X11 tərəfindən şəxsi münasibətlər zəminində qonşusu X3 fiziki zor tətbiq edilməklə ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, ünvan 2 ünvanında yaşayan X1 RPİ-nin 37-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək qonşusu Rəşad Əliyevin kondisionerin borusunu onun eyvanından keçirdiyi üçün Rəşada iradını bildirdiyini, bu zaman sonuncunun onunla mübahisə etdiyini və onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Həmçinin, eyni tarixdə X11 da şikayət ərizəsi ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı mənzilin kondisionerini təmir etdirdiyini, bu zaman alt qonşusu Zümrüdün ilk əvvəl ustalara, daha sonra isə ona hücum etdiyini, anasını söyüb təhqir etdiyini, daha sonra isə özü-özünə xəsarət yetirərək yalandan şərləmək üçün dəlillər yaratdığını, Zümrüdxanımın psixoloji problemi olduğunu, ona toxunmadığını və xəsarət yetirmədiyini göstərmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bahadur Ənnağızadə tərəfindən aparılmış araşdırma nəticəsində 27 avqust 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Xətai RPİ-nin 37-ci PŞ-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır. Bundan sonra, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin rəisi X8 tərəfindən 07 sentyabr 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi göstərilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin, X6 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Bahadur Ənnağızadənin 27 avqust 2023-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin olunmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilərək əlavə araşdırmaya göndərilmişdir. Həmçinin, məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında izahatları alınmış şahidlər X7, X15 və X10 hər biri ayrı-ayrılıqda hadisə baş verən zaman X6 qonşusu Zümrüdxanım Səfərovaya heç bir xəsarət yetirmədiyini, əksinə sonuncunun özünü cırmaqlamasına şahid olduqlarını bildirmişlər ki, qeyd olunan hal səlahiyyətli orqan tərəfindən araşdırılmadan şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X11 barəsində qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X6 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3339/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3339/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver