Məhkəmə qərarları › İş №3(011)-3346/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3346/2022

08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3346/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, T.H.Məmmədov küçəsi, ev 9, Nərimanov RPİ, inzibati binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində Xətai RPİ 37-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, Şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində ünvan 1 ünvanın qarşısında narkotik vasitələrin qəbul etməsində özünü şübhəli apardığı üçün 37-ci PŞ-nə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli idman şalvarının sol cibindən iki ədəd təmiz çəkiləri 0,091 və 0,115 qram, ümumi çəkisi 0,206 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. Bakı şəhəri Xətai RPİ 37-ci Polis Bölməsinin sahə inspektoru Emin Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30-da özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə dəvət edilmişdir. Şəxs üzərinə baxış keçirilmiş və üzərindən şəxsi istehlak miqdarından az miqdarda, yəni ümumi çəkisi 0,206 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində ünvan 1 ünvanımn qarşısında olarkən narkotik vasitələrin qəbul etməsində özünü şübhəli apardığı üçün iki nəfər mülki geyimdə olan polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 3 manat pulu, bir ədəd İphone 11 Promax markalı telefonu və iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümlərin içərisində nə olması soruşduqda, o, yalan damşmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb həmin bükümlərdə olan maddənin narkotik maddə olan marixuana olmasını bildirmişdir. Həmin narkotik maddə olan marixuananı Nizami rayonu, 8-ci km bazarında tanımadığı şəxsdən aldığını demişdir. Əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini deyərək, barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/987 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş iki ədəd təmiz çəkiləri 0,091 və 0,115 qram, ümumi çəkisi 0,206 qram olan bitki mənşəli kütlələr tərkibinə görə eyni olub, tərkibində narkotik maddəiər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana Azərbaycan Respublikasınm 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahl İ) daxildir. (Tədqiqatdan sonra qalıq 0.166 qr). İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinin təhqiqatçısı Şahin Nurəliyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində daşıması onun özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İş üzrə maddi sübut olan Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,166 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,166 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar