Məhkəmə qərarları › İş №3(011)-3353/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3353/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3353/2023 27.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ DİN Baş Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Deniz Semihin iştirakı ilə Deniz Semihin DİN Baş Dövlət Yol Polis İdarəsinin 26 may 2023-cü il tarixli EQ seriyalı 14720624 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Deniz Semih şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polis İdarəsinin 26 may 2023-cü il tarixli EQ seriyalı 14720624 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də işləyərkən şirkət sahibi Hikmət Qafarovun qayınına məxsus **-SF-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023cü il tarixdə onun istifadə etməməsinə baxmayaraq ən son etibarnamə onun adına olduğu üçün onun barəsində cərimə yazılmışdır. Bu tarixdə əmək müqaviləsi qüvvədə olmadığı üçün avtomibili o, idarə etməmişdir. Avtomobil hal-hazırda Tovuz rayonunda istifadə edilir. Avtomobil barəsində həbs qərarı olmasına baxmayaraq barəsində heç bir tədbir görülmür və qarşı tərəf cəriməni ödəmir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək bildirmişdir ki, **-SF-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə onun istifadə etməməsinə baxmayaraq ən son etibarnamə onun adına olduğu üçün onun barəsində cərimə yazılmışdır. Bunları nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, DİN Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, DİN Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polis İdarəsinin 27 may 2023-cü il tarixli EQ seriyalı 14720624 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Deniz Semih İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “e-sosial” informasiya sistemindən cıxarılmış sosial arayışdan görünür ki, "xxxx" MMC və Deniz Semih arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023cü il tarixdə qüvvədən düşmüşdür. İş materiallarında olan elektron informasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Deniz Semih 26 may 2023-cü il tarixdə Bakı şəhərində olmuşdur. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Deniz Semih barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə qüvvədən düşməsi, inzibati xəta törənən zaman avtomobili onun idarə etməməsi nəzərə alınmadan əsassız olaraq cərimə edillmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Deniz Semihin şikayəti təmin edilməli, DİN Baş Dövlət Yol Polis İdarəsinin 26 may 2023-cü il tarixli EQ seriyalı 14720624 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Deniz Semihin şikayəti təmin edilsin. DİN Baş Dövlət Yol Polis İdarəsinin 26 may 2023-cü il tarixli EQ seriyalı 14720624 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar