Məhkəmə qərarları › İş №3(011)-3357/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3357/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3357/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı X5 Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Şəxs MMC tərəfindən işə cəlb edilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, X4 adlı işçinin izahatından göründüyü kimi 2 dəfə iş icazəsi almaq üçün müraciət edilmiş, lakin icazə alına bilməmiş, buna baxmayaraq Amjad Zohaib aşpaz kimi işə götürülmüşdür. X2 həmin MMC-nin işçisi olması sənədlərlə də sübut olunur. Təsərrüfat işləri üzrə məsul olan şəxsdir. Əmək müqaviləsi bildirişi də mövcuddur. Bu xüsusatları nəzərə alaraq Şəxs MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi bildirmişdir ki, qeyd edilən şəxs həmin hoteldə turist kimi qalmışdır. Həmin hotelə çox sayda pakistanlı turist gəldiyi üçün Amjad Zohaibini aşpaz olaraq işə götürmək istəmiş, 2 dəfə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, ancaq etiraz olunmuşdur. Nəticədə işçi kimi həmin şəxsi işə götürə bilməmişdirlər. Bu xüsusatları nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan R6991010 nömrəli xarici pasportun surətindən görünür ki, X7 İslam Respublikası vətəndaşıdır. İş materiallarında olan çıxarışdan görünür ki, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsərrüfat işləri ilə məşğul olan işçi kimi qüvvədə olan əmək müqaviləsi mövcuddur. İş materiallarında olan X2 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatından görünür ki, Şəxs MMC-də təsərrüfat işləri üzrə adminstrator vəzifəsində çalışır. X6 Respublikası vətəndaşı olduğunu, Şəxs MMCdə aşpaz vəzifəsində işləmək üçün gəldiyini, 2 dəfə iş icazəsi almaq üçün müraciət olunduğunu, müsbət cavab alınmadığını, buna baxmayaraq işə qəbul olunduğunu və aylıq 800 manat məvacib aldığını bildirmişdir. İş icazəsindən imtina cavabı alındığı vaxtlarda onun ölkəni tərk etdiyini, sonra yenidən ölkəyə qayıdaraq iş fəaliyyətinə davam etdiyini bildirmişdir. İş materiallarında olan Amjad Zohaibin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatından görünür ki, ilk dəfə Azəbaycana xx.xx.2024-cü il tarixdə gəlmiş, 1 ay qaldıqdan sonra geri qayıtmışdır. Daha sonra ikinci dəfə xx.xx.2024-cü il tarixdə yenidən Azərbaycana gələrək Şəxs MMC-də aşpaz olaraq işə düzəlmişdir. Onu hotelin sahibi X3 adlı şəxs işə götürmüşdür. Ona aylıq 600 manat əmək haqqı ödənilmişdir. İş icazəsi olmamışdır və bunun qanunsuz olduğunu bilmişdir. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Amjad Zohaibin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara məcburi çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 05 il müddətinə məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, bu xüsusat MMC-nin işçisinin, eyni zamanda əcnəbi vətəndaşın izahatlarında öz əksini tapır. Amjad Zohaibin həmin hoteldə turist kimi qalması fikri isə inzibati tənbeh tədbirindən yayınmaq məqsədi daşıyır. Həmin şəxs barəsində iş icazəsi alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edilməsi onun artıq işçi kimi fəaliyyət göstərməsi fikrinə əsas yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15000 (on beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar