Məhkəmə qərarları › İş №3(011)-3358/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3358/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3358/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qıının katibliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 29 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 29 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X14 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-ci il tarixli MN 16132257 saylı qərarına əsasən 4000 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN ******* nömrəli protokolun tərtib olunmasına əsas kimi, X4 xx.xx.2024-cü il tarixində bədbəxt hadisə nəticəsində xəsarət alması, P.Rüstəmov "xxxx" MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin görülməsinə cəlb edilməməsi və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 ve 49-cu maddələrinin tələbləri pozulması qeyd edilmişdir. X4 X10 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatından görünür ki, o, hal-hazırda heç bir müəssisədə əmək fəaliyyəti göstərmir. Kulinar kimi fəaliyyət göstərir. 17 fevral 2024-cu il tarixdə “ASAN” xidmət mərkəzinə gəlmiş və orada pilləkəndən yıxılmışdır. Daha sonra təcili tibbi yardım maşını gəlib onu aparmışdır. X13 müayinə olunandan sonra səhhətində hər hansı bir narahatlıq olmamışdır. X6 "xxxx" MMC-nin rəhbəri Ağa Aşurov xahiş etdikdə bir neçə dəfə “ASAN” xidmət mərkəzinə gəlmişdir. X6 "xxxx" MMC-də işləmir. "xxxx" MMC-nin direktoru X9 X6 ilə şəxsi dostluq münasibətləri var. Pərviz Rüstəmovu 1 saylı ASAN xidmətin Mərkəzinə dequstasiya üçün göndərmişdir. Pərviz Rüstəmov 1 saylı ASAN Xidmətə daxil olarkən ehtiyatsızlıqdan ayağı sürüşüb pilləkəndən yıxılmışdır. İlkin yardım göstərilməsi üçün Təcili Tibbi yardıma müraciət olunmuşdur, sağlamlığına ciddi zərər dəymədiyindən yardım göstərildikdən sonra evə buraxılmışdır. Əməldə inzibati xəta tərkibinin olmadığını, heç bir pozuntuya yol verilmədiyini, X2 ona kömək məqsədi ilə işlədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, P.Rüstəmov "xxxx" MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin görülməsinə cəlb edilmiş və nəticədə Azərbaycan respublikası Əmək əcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan X10 Xidməti Bakı şəhər idarəsinin 29 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X12 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin 3(103)-1680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-2219/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, eyni xüsusatla bağlı X9 rəhbəri olduğu "xxxx" MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarının qanuni və əsaslı hesab edilərək yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılması nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X10 Xidməti Bakı şəhər idarəsinin 29 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X5nun şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X9 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 29 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar