Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3360/2021 20.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 04 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji müəssisədə 04 avqust 2021-ci il tarixdə saat 14:55də planlı yoxlama keçirərkən həmin MMC-nin həkim stomatoloqu X1 keçmədiyinin aşkar olunması göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, VVhite Estetic Dental» Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etmiş, səlahiyyətli orqanın nümayəndəsi gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 04 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə məxsus stomatoloji müəssisədə 04 avqust 2021-ci il tarixdə saat 14:55-də planlı yoxlama keçirərkən həmin MMC-nin həkim stomatoloqu X1 keçmədiyi aşkar olunmuş, nəticədə Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 312 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, X2, X4, X3, sahibkar X5 iştirakı ilə Şəxs MMC-yə yoxlama keçirilmişdir. Yoxlama zamanı pasiyentlərin qəbulu qaydalara uyğun tam aparılmadığı, belə ki, stomatoloji pasiyentin tibbi kitabçası olmasına baxmayaraq doldurulmaması, yalnızstandartlara cavab verməyən formada qeydiyyat aparıldığı, təsərrüfat otağı mövcud olsa da tam hazır vəziyyətdə olmadığı, rentgen otağında rentgen qurğuları quraşdırılsa da aktiv, yəni işlək vəziyyətdə olmasını müəyyən etmək mümkün olmadığını, Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin həkim stomatoloqu X1 keçmədiyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Fuad Babayevin imtahandan qeyri-məqbul nəticə göstərdiyi üçün altı ay müddətində iş yeri saxlanılmaqla hazırlığa cəlb edilməsi ilə bağlı məktub göndərilsə də, F.Babayevin işdən uzaqlaşdırılması ilə bağlı hüquqi tədbirlər görülmədiyi aşkarlanmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 312 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, hüquqi şəxs Şəxs sahibkarı etiraf edərək təsərrüfat otağına aid iradları qəbul etdiyini və yaxın gündə aradan qaldırıb məlumat verəcəyini, sertifkatı olmayan Babayev Fuad haqqında 31.05.2021-ci il tarixdə AR Səhiyyə Nazirliyinin onlara verilən məktuba həmin işçinin peşə hazırlığı keçənədək 6 ay müddətində sertifikasiya veriləcəyinə görə də işdə saxladığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.05.2021-ci il tarixli, 05/19-2146 nömrəli məktubundan görünür ki, 21 may 2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə sertifikasiya imtahanı keçirilmiş, X7 32 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal say qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən də F.Babayev sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə iyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, planlı (növbəti) yoxlama aktı və protokola əlavə edilmiş digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3360/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3360/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver