Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3361/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Hüquqi şəxs Şəxs nümayəndəsi X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 11 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji kabinetdə 11 avqust 2021-ci il tarixdə saat 15:55-də planlı yoxlama zamanı lisenziyadan kənar özəl tibbi fəaliyyətlə (cərrahi və ortopedik stomatoloji iş) məşğul olması faktının aşkar olunması göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X7 ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji kabinetdə 11 avqust 2021-ci il tarixdə saat 15:55-də planlı yoxlama zamanı lisenziyadan kənar özəl tibbi fəaliyyətlə, yəni cərrahi və ortopedik stomatoloji işlə məşğul olması faktının aşkar olunmasını, bunun planlı yoxlama aktı, şahid ifadələri, reklam lövhəciyi və işin digər materialları ilə təsdiq edildiyini, hüquqi şəxsin nümayəndəsinin dəlillərinin əsassız olmasını qeyd edərək Şəxs tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi X5 izahatında göstərdi ki, MMCyə 2014-cü il tarixdə stomatoloji tibbi fəaliyyət göstərməyə lisenziya verilmiş, bir müddət fəaliyyət göstərmiş, 2018-ci ildə fəaliyyət dayanmış və Şəxs stomatoloji kabinetlə birlikdə satışa qoymuşdur. Stomatoloji kabinetin yerləşdiyi sahə onun xüsusi mülkiyyəti olduğundan hərdən ora baş çəkmiş, obyekti almaq üçün müştəri gəldikdə onlara obyekti göstərmişdir. Stomatoloji kabinetin işləməməsini, vergi orqanına verdiyi bəyannamələr, qonşu obyektlərdə işləyən şəxslər də təsdiq edə bilər. 11 avqust 2021-ci il tarixdə obyektə olan zaman Səhiyyə Nazirliyinin əməkdaşları gəlmiş, qapı bağlı olmuş, qapını açmış, həmin şəxslərə nə üçün gəldiklərini soruşmuş, onlar yoxlama aparacaqlarını bildirmiş, buna etiraz edərək stomatoloji kabinetin 2018-ci ildən işləmədiyini, ona yoxlama aparılması barədə hər hansı bildiriş gəlmədiyini bildirmişdir. Həmin şəxslər içəri daxil olmamış, MMC barəsində protokol tərtib etməyə başlamış, buna etiraz etmişdir. Daha sonra həmin şəxslər oranı tərk edərək getmişdir. Bir daha qeyd edir ki, o, nəinki cərrahi və ortopedik stomatoloji işlə, ümumiyyətlə 2018-ci ildən həmin yer stomatoloji kabinet kimi belə fəaliyyət göstərməmiş, kabinetdə masa, cərrahi və ortopedik hər hansı əşya və alət olmamışdır. Reklam lövhələrini fəaliyyəti dayandırdıqdan sonra sökməmiş, həmin lövhələr onun fəaliyyət göstərdiyini təsdiq etməmiş, hətta fəaliyyət göstərmədiyindən həmin lövhələr onun üçün zəruri olmadığından icra hakimiyyəti nümayəndələrinə həmin lövhələrinin birinin üzərinə şəhidlərin şəkillərinin yapışdırılmasına icazə vermişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında mağazası var və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. X3 məxsus stomatoloji kabinet onun mağazası ilə üzbəüz yerləşir. Sərxan onların mağazasına müştəri kimi gəlib-getmiş, sonuncunu oradan tanımışdır. Sərxan əvvəllər həmin stomatoloji kabineti işlətsə də, son iki ildən çox olar ki, həmin stomatoloji kabinet işləməmiş, dəmir barmaqlığ ilə bağlı olmuş, bunu orada olan hamı görmüş, Sərxan oranı sattığa qoymuşdur. Son iki ildə ora müştəri gəlməsini görməmişdir. Yoxlama gələrkən orada olmamış, yoxlayan şəxsləri görməmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə digər yoxlayıcı ilə Bakı şəhəri Xətai rayonu Qaçaq Nəbi küçəsi ev ½ ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji kabinetə yaxınlaşmış, özlərini təqdim etmiş, cəmiyyətin direktoru yoxlama ilə bağlı bildiriş almadığını demişdir. Həmin şəxsə yoxlama aparacaqlarını demiş, sonuncu əsəbi halda onlara cavab vermiş, yoxlamaya maneçilik törədərək şərait yaratmamış, oranı tərk etmələrini tələb etmiş, sənədləri təqdim etməyərək otaqlara buraxmamışdır. Cəmiyyətin direktoru şifahi şəkildə kabinetin işləmədiyini desə də, hər hansı bir sənəd təqdim etməmişdir. Dəhlizdə olarkən qapısı açıq olan otaqda cərrahi və ortopedik cihazlar görünmüş, bunu digər yoxlayıcı Bəhruz Mirzəyev də təsdiq etmiş, bundan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 602.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Orada olarkən Sərxan Ağayevin əynində ağ xalat olmamış, həmçinin müştəri də görməmişdir. Bir nəfər şəxs yaxınlaşmış, həmin şəxsin müştəri olub-olmamasını bilməmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə digər yoxlayıcı ilə Bakı şəhəri Xətai rayonu Qaçaq Nəbi küçəsi ev ½ ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji kabinetə yaxınlaşmış, özlərini təqdim etmiş, cəmiyyətin direktoru onlarla aqressiv davranmışdır. Onları otaqlara baxmağa qoymamış, dəhlizdə olarkən qapısı açıq olan otaqdakı masanın üzərində diş kəlbətin və diş protez qəlbi görmüşdür. Orada olarkən Sərxan Ağayevin əynində ağ xalat olmamış, həmçinin müştəri də görməmişdir. Bir nəfər şəxs yaxınlaşmış, həmin şəxsin müştəri olub-olmamasını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: qərardan, çıxarışdan və yoxlama suallarının siyahısından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs fəaliyyətinin yoxlanılması qərara alınmış, yoxlama vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama suallarının siyahısı tərtib edilmişdir; 11 avqust 2021-ci il tarixli planlı yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji kabinetdə planlı yoxlama zamanı lisenziyadan kənar özəl tibbi fəaliyyətin, yəni cərrahi və ortopedik stomatoloji işlərin görülməsi faktı aşkar olunmuşdur. Belə ki, stomatoloji kabinetdə cərrahi və ortopedik stomatoloji işlərə aid tibbi alətlər müəyyən edilmiş, həmçinin obyektdə bu kimi xidmətlərə aid reklam lövhələri quraşdırılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşı tərəfindən tərdib edilmiş 11 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji kabinetdə 11 avqust 2021-ci il tarixdə saat 15:55-də planlı yoxlama zamanı lisenziyadan kənar özəl tibbi fəaliyyətlə (cərrahi və ortopedik stomatoloji iş) məşğul olması faktı aşkar olunmuş, nəticədə Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; fotoşəkillərdən görünür ki, reklam lövhəsinə diş həkimi, endirim, lazer plomb, dişin çəkilməsi, metal keramika, dişlərin ağardılması, zirkon, protez sözləri yazılmışdır. lisenziyadan görünür ki, Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinə Bakı şəhəri Xətai rayonu Qaçaq Nəbi küçəsi ev ½ ünvanında tibbi fəaliyyətini həyata keçirməyə beş il müddətinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda istinad edilən xətanın baş vermə şəraitinə dair nəticələr və faktlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları inzibati məsuliyyətə cəlb olunan şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin dispozisiyasından görünür ki, qeyd edilən xəta tərkibinin yaranması üçün a) şəxslər tibb fəaliyyəti ilə məşğul olan şəxslər olmalı ; b) dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilməlidirlər; Məhkəmə sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Planlı yoxlama aktında göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus stomatoloji kabinetdə planlı yoxlama zamanı lisenziyadan kənar özəl tibbi fəaliyyətin, yəni cərrahi və ortopedik stomatoloji işlərin görülməsi faktı aşkar olunmuşdur. Belə ki, stomatoloji kabinetdə cərrahi və ortopedik stomatoloji işlərə aid tibbi alətlər müəyyən edilmiş, həmçinin obyektdə bu kimi xidmətlərə aid reklam lövhələri quraşdırılmışdır. Göründüyü kimi, həmin akt kabinetdə cərrahi və ortopedik stomatoloji işlərə aid tibbi alətlər müəyyən edilməsi, həmçinin obyektdə bu kimi xidmətlərə aid reklam lövhələrinin quraşdırılmasına əsaslanmışdır. Yoxlayıcı olan şahidlər kabinetin qapısının açıq olduğunu, həmin alətləri masanın üzərində gördüklərini bildirmişlər. Həm şahid izahatları (inzibati orqanın vəsatəti əsasında dindirilmiş), həm də hüquqi şəxsin nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, yoxlayıcılar dəhlizdə olmuş kabinetə daxil olmamışlar. Hüquqi şəxsin nümayəndəsi kabinetində ümumiyyətlə masa olmadığını bildirmişdir. Stomatoloji kabinetdə cərrahi və ortopedik stomatoloji işlərə aid tibbi alətlərin olmasını təsdiq edən başqa bir sübut, fotoşəkil, videogörüntü və s olmamışdır. Ən əsası məhkəmə qeyd edir ki, stomatoloji kabinetdə cərrahi və ortopedik stomatoloji işlərə aid tibbi alətlər olsa belə, qeyd edilən xətanın baş verməsi kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin dispozisiyasında stomatoloji kabinetdə cərrahi və ortopedik stomatoloji işlərə aid tibbi alətlərin olmasının inzibati məsuliyyətə səbəb olması yox, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətin həyata keçirilməsinin inzibati məsuliyyətə səbəb olması göstərilmişdir. Yoxlayıcı olan şahidlər özləri də stomatoloji kabinetdə hər hansı müştəri olmadığını, həkimin - X1 belə ağ xalatda olmadığını bildirmişlər. Əksinə, stomatoloji kabinetin fəaliyyət göstərməməsi şahid X4 izahatı, hüquqi şəxsin şəxsi hesab vərəqəsi ilə təsdiq edilmişdir. Reklam lövhələrini əks etdirən fotoşəkillərlə bağlı məhkəmə qeyd edir ki, həmin hal da, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə dəlalət etmir. Hüquqi şəxsin nümayəndəsi fəaliyyət göstərmədiyindən və həmin lövhələr onun üçün zəruri olmadığından icra hakimiyyəti nümayəndələrinə həmin lövhələrinin birinin üzərinə şəhidlərin şəkillərinin yapışdırılmasına icazə verdiyini qeyd etmiş, həqiqətən də inzibati orqanın protokola əlavə etdiyi fotoşəkillərdən görünür ki, reklamın bir hissəsinin üzərinə şəhidlərin şəkilləri yapışdırılmışdır. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan xatanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyində inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3361/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3361/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver