Məhkəmə qərarları › İş №3(011)-3363/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3363/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3363/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru Polad Əbdülov tərəfindən 08 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs “Khazar LX” minik markalı **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Həzi Aslanov metrosu yaxınlığında xidmətdə olan DYP əməkdaşı tərəfindən saxlanılmasını bildirilmiş, avtomobil saxlanıldıqda DYP əməkdaşı özünü təqdim etdikdən sonra sürücü Şəxs avtomobildən enərək yüksək səslə onu niyə saxladıqların soruşmuş, avtomobilə əyləşdikdən sonra idarə etdiyi avtomobili iki dəfə DYP əməkdaşının üstünə sürmüş, polisin qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində “Khazar LX” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Həzi Aslanov metrosu yaxınlığında DYP əməkdaşı tərəfindən saxlanılmış, daha sonra avtomobildən enərək saxlamaqlarının səbəbin soruşduqdan sonra avtomobilə əyləşmişdir. Avtomobili “mexanika” olduğundan avtomobil özündən asılı olmayan səbəbdən önə hərəkət etmişdir. DYP əməkdaşını üstünə hərəkət etmək niyyətinin olmadığını demişdir. Əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül tənbeh tədbiri verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində Həzi Aslanov metrosu yaxınlığında xidmətdə olan DYP əməkdaşı növbətçi hissədən radio stansiya vasitəsi ilə “Khazar LX” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasını bildirilmişdir. Daha sonra “Khazar LX” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, DYP əməkdaşı özünü təqdim etdikdən sonra sürücü Şəxs avtomobildən enərək yüksək səslə onu niyə saxladıqların soruşduqdan sonra avtomobilə əyləşdikdən sonra idarə etdiyi avtomobili 02 dəfə DYP əməkdaşının üstünə sürmüş, polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 sentyabr 2022-ci il tarixdə 11:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, “Khazar LX” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili DYP əməkdaşının üzərinə sürmüş, bunu yenidən təkrar etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını, videogörüntünü, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması onun özünün səmimi etirafı və iş materialları əsasında tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar Məhkəmədə işə baxılarkən nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmiş, onun əməlini ağırlaşdıran hallar isə müəyyən etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar