Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3380/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Sutcuoglu Mustafanın iştirakları ilə, Sutcuoglu Mustafanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 29 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: Sutcuoglu Mustafa şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 29 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sutcuoglu Mustafa şikayətini onunla əsaslandırmışdır ki, X7 Xidmətinin MN №1807801 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, "xxxx" MMC-nin direktoru Mustafa Sutcuoğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar qəbul edilərkən X7 Xidməti tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Hesab edir ki, X7 Xidmətinin sözügedən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, rəhbərlik etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmişdir, müvafiq lisenziyalar və icazələr əsasında təmir tikinti fəaliyyəti göstərir, 420 nəfər işçisi var, şirkət olaraq daim sosial məsuliyyətə böyük həssaslıqla yanaşılır. Hazırda şirkətləri əsas fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə yönəltmişdir. Bu məqsədlə tərəflərindən Laçın, Kəlbəcər, Füzuli rayonlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, "xxxx" MMC-nin əsas supodratçısı olaraq müxtəlif yol və tunel tikintilərini həyata keçirirlər. İşə qəbul edilmiş bütün şəxslərlə əmək qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsi bağlamaqla, eyni zamanda əsas sifarişçiləri "xxxx" MMC vasitəsi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işə cəlb olunması (işğaldan azad edilmiş ərazilərə giriş) üçün müvafiq qaydada icazələr alınmışdır. Belə ki, inzibati protokoldan məlum olur ki, guya vəzifəli şəxs olaraq onun tərəfindən X8 xx.xx.2024-cü ildən, X9 xx.xx.2024-cü ildən, X5 isə xx.xx.2024-cü ildən bu günədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qayadada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Halbu ki, X8 xx.xx.2023-cü ildə işə qəbul edilmiş xx.xx.2024-cü ildə öz xahişi əsasında, X9 xx.xx.2024-cü ildə işə qəbul edilmiş, xx.xx.2024-cü ildə öz xahişi əsasında, X5 xx.xx.2024-cü ildə işə qəbul edilmiş xx.xx.2024-cü ildə öz xahişi əsasında işdən azad edilmişdilər. Qeyd olunan şəxslərin əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilmişdir, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Xitam tarixindən etibarən sözügedən şəxslər iş ərazisini tərk etmişdilər, hər hansı xidmətlərin, işlərin icrasına cəlb edilməmişdilər. Eyni zamanda həmin şəxslərin icazələrinin (portalın) ləğvi ilə bağlı "Azvirt” MMC- nə məlumat verilmişdir. "xxxx" MMC tərəfindən isə xx.xx.2024-cü il tarixli rəsmi məktubla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edərək bir çox şəxslərin, o cümlədən inzibati protokolda adları qeyd olunan şəxslərin (siyahı üzrə 55, 79 və 85) əmək müqaviləsinə xitam verildiyi üçün tikinti ərazisinə buraxılışlarının ləğv edilməsi xahiş olunmuşdur. Digər tərəfdən inzibati protokolun fakt hissəsində yalnız DİN-nin məlumatı göstərilmişdir. Lakin bu məlumatların nədən ibarət olunduğu o cümlədən həmin şəxslərin əmək müqaviləsinə xitam verildikdən sonra qanunsuz olaraq iş və xidmətin icrasına cəlb olunmasının aşkarlanması ilə bağlı hər hansı bir fakt, sübut göstərilməmişdir. Göründüyü kimi, vəzifəli şəxs olaraq onun əməlində hər hansı bir inzibati xətanın tərkibi yoxdur. İnzibati pozuntu qəsdən və ya bilməyərəkdən digər subyektin hüquqlarının məhdudlaşdırıması və ya pozulmasıdır. Qeyd olunan faktlarla şirkətləri tərəfindən heç bir qayda pozuntusu törədilmədiyi sübut olunur. Bundan başqa inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir, inzibati xəta haqqında protokol tərtib edilərkən onun nümayəndəsi dəvət edilsədə və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. AR İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Odur ki, X7 Xidmətinin MN №1807801 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Sutcuoglu Mustafanın şikayətində göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 29 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 29 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vətəndaşlar X8 21 iyun 2024-cü il tarixindən, X9 28 iyun 2024-cü il tarixindən, X5 26 may 2024-cü il tarixdən 16 iyul 2024-cü il tarixinədək əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuş və bununla X4 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. 27 iyun 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 353/7 №li əmrdən görünür ki, “Tikinti sahəsi” bölməsində “Düşərgə nəzarətçisi” vəzifəsində işləyən X10 ilə bağlanmış 4P02MM2000900 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 ”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 56 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. 29 fevral 2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq “Tikinti sahəsi” bölməsində “Düşərgə nəzarətçisi” vəzifəsində işə cəlb edilmişdir. X2 ərizəsindən görünür ki, onu "xxxx" MMC-də tutduğu “Düşərgə nəzarətçisi” vəzifəsindən işdən 27 iyun 2024-cü il tarixdən azad edib onunla bağlanan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 27 may 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 338/5 №li əmrdən görünür ki, “Tikinti sahəsi” bölməsində “Fəhlə” vəzifəsində işləyən X6 ilə bağlanmış 4V8F5W9000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 ”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. 01 mart 2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq “Tikinti sahəsi” bölməsində “Fəhlə” vəzifəsində işə cəlb edilmişdir. X1 ərizəsindən görünür ki, ailə vəziyyəti ilə bağlı olaraq onunla bağlanan əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. 21 iyun 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 351/5 №li əmrdən görünür ki, “Tikinti sahəsi” bölməsində “Fəhlə” vəzifəsində işləyən X11 ilə bağlanmış 1LXFKVN000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 ”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 15 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. X3 ərizəsindən görünür ki, onu "xxxx" MMC-də tutduğu “Fəhlə” vəzifəsindən işdən 20 iyun 2024-cü il tarixdən azad edib onunla bağlanan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. 18 iyul 2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq “Tikinti sahəsi” bölməsində “Fəhlə” vəzifəsində işə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi sübut təqdim etmək, inzibati xətanın törədilməsini təsdiq etmək səlahiyyətli orqanın vəzifəsidir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən, hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Sutcuoglu Mustafanın şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 29 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 29 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3380/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3380/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver