Məhkəmə qərarları › İş №3(011)-3387/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3387/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3387/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, “X14 TECHNİCAL SERVİCES” MMC-nin direktoru X3 iştirakı ilə X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti (bundan sonra-X9 Xidməti) tərəfindən “X14 Technical Services" MMC-nin direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimə tənbeh növünün tətbiq olunmasına dair MN № ******* nömrəli, 23 iyul 2024-cü il tarixli qərar qəbul olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, “X14 Technical Services" MMC- nin direktoru X6 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokola baxılaraq müəyyən edilmişdir ki, vətəndaşlar X2, X7 və X8 xx.xx.2024-cü ildən hazırki tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. X1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X9 Xidmətinin MN № ******* nömrəli, 23 iyul 2024-cü il tarixli qərarında istinad olunan xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol ona rəsmi qaydada təqdim olunmadığından həmin protokolda qeyd olunan həqiqətə uyğun olmayan məlumatların hansı mənbədən əldə olunması və protokolun tərtib olunmasına əsas olmuş sənədlərin nədən ibarət olması ona məlum deyildir. X9 Xidməti tərəfindən “X14 Technical Services" MMC (hüquqi şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən MN № ******* nömrəli, 09 iyul 2024-cü il tarixli protokol tərtib olunaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir və hazırda həmin iş məhkəmənin icraatındadır. X9 Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş həmin Xidmət tərəfindən “X14 Technical Services” MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, bildiririk ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərində aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı tərəfimizdən xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. Yuxarıda qeyd olunanları və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanılması ilə əlaqədar 09 iyul 2024-cü il tarixdə, saat 12:00-da X9 Xidmətinə dəvət olunursunuz. X9 Xidməti tərəfindən “X14 Technical Services” MMC-nin rəhbəri 09 iyul 2024-cü il tarixdə, saat 12:00-da X9 Xidmətinə dəvət olunmuş və buna səbəb 2024-cü ilin may ayı ərzində işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına əmək müqaviləsinin aşkar edilməməsi olmuşdur. Azərbaycan Respublikasımr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin “X14 Technical Services" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən tərtib olunmuş MN № ******* nömrəli, 09 iyul 2024-cü il tarixli protokol isə işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X2, X7 və X8 xx.xx.2024-cü ildən (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemində həmin tarix xx.xx.2028-ci il kimi göstərilmişdir) əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar olaraq tərtib olunmuşdur. Həmin iş üzrə məhkəməyə ünvanlanmış sənədlərdə göstərilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X2, X7 və X8 xx.xx.2024-cü ildən hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. X2, X7 və X8 adlı şəxslər xx.xx.2024-cü il tarixdə işğaldan azad olunmuş ərazilərə getməmişlər və həmin ərazilərdə “X14 Technical Services” MMC tərəfindən hər hansı işlərin görülməsinə cəlb olunmamışlar. Belə ki, “X14 Technical Services" MMC işğaldan azad olunmuş ərazilərdə hər dəfə dövlət tədbirləri keçirildiyi təqdirdə həmin tədbirlərə özünə məxsus texniki avadanlıqlarla texniki dəstək vermək üçün orada iştirak etmişdir. Tədbirlərə getməzdən öncə isə işğaldan azad olunan ərazilərdə keçiriləcək tədbirdə texniki avadanlıqların quraşdırılması, idarə olunması və s bu kimi işlərin görülməsi üçün bir qrup şəxsin adları qeyd olunan siyahı razılaşdırılması üçün dövlət orqanlarına təqdim olunmuş, bundan sonra təyin olunrruş vaxtda keçiriləcək tədbirlə bağlı texniki heyətin buraxılış üçün ümumi siyahısı razılaşdırıldıqdan sonra həmin şəxslərin işğaldan azad olunmuş ərazilərə getmələrinə icazə alınmışdır. X2, X7 və X4 adları isə ümumiyyətlə 2024-cü ildə işğaldan azad olunmuş ərazilərə getməli olan şəxslərin siyahısına salınmamış və həmin şəxslər bu il (2024-cü il) keçirilən heç bir tədbirdə texniki heyətin tərkibində olmamışlar. X9 Xidməti tərəfindən istinad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemindən əldə edildiyi ehtimal olunan sənəddə göstərilmişdir ki, X2, X7 və X8 üçün icazənin başlanma tarixi xx.xx.2028 - bitmə tarixi xx.xx.2028-ci il tarixidir. İcazənin başlanma tarixinin xx.xx.2028-cü il tarix kimi göstərilməsi X9 Xidmətinin istinad etdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemindən əldə olunmuş məlumatların mötəbərliyini şübhə altına alır. Əgər bu məlumatlar həmin informasiya sistemindən əldə olunmuşdursa, o zaman icazənin başlanma tarixi xx.xx.2028-cü il tarix kimi göstərildiyindən bu fakt “X14 Technical Services” MMC-nin direktoru X6 barəsincə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib etmək üçün əsas ola bilməzdi. Hətta informasiya sisteminə yanlış məlumatlar daxil edildiyi təqdirdə həmin sistem bu məlumatları qəbul edirsə, o zaman həmin sistemdə yerləşdirilmiş məlumatlara istinad edərək şəxs barəsində inzibati xəta haqqında protkol və yaxud qərar qəbul edilməsinin özü qanunvericiliyin tələbinə ziddir. X9 Xidmətinin "X14 Technical Services” MMC-nin direktoru X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən tərtib olunmuş inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli, 23 iyul 2024-cü il tarixli qərar işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X2, X7 və X8 xx.xx.2024-cü ildən (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemində həmin tarix xx.xx.2028-ci il kimi göstərilmişdir) əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar olaraq tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsnin 127-3 və 127-4-cü maddələrində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə icraatın aparılması qaydasına X9 Xidmətinin tərəfindən əməl olunması imperativ olduğu halda, həmin Xidmət tərəfindən bu qaydaya əməl olunmamış, həqiqəti əks etdirməyən məlumatlar əsasında, yəni X2, X7 və X8 adlı şəxslər barəsində 2024-cü il tarixdə işğaldan azad olunmuş ərazilərdə işləmək üçün icazə ilə bağlı müraciət edilməməsinə baxmayaraq onlar barəsində guya başlanma tarixi xx.xx.2028-cü il tarix göstərən icazənin sistemə əlavə olunduğu barədə həqiqətə uyğun olmayan məlumatlar əsasında “X14 Technical Services” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən MN № ******* nömrəli, 09 iyul 2024-cü il tarixli protokol tərtib olunmuşdur. Belə olan halda inzibati xəta hadisəsinin törədilməsi və həmin xətanın törədilməsində “X14 Technical Services” MMC-nin direktoru X3 təqsirinin olmasını sübut etmə yükü X9 Xidmətinin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətini müdafiə edərək X9 Xidmətinin MN ******* saylı, 23 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq X5 səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2, X7 və X8 xx.xx.2024-cü il tarixdən əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İş materiallarında olan çıxarışdan görünür ki, X2, X7 və X4 icazəsinin başlama tarixi xx.xx.2028-ci il, icazənin bitmə tarixi isə xx.xx.2028-ci il tarix göstərilmişdir. Məhkəmə şikayət ərizəsini, məhkəmə iclasında şikayətçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsinin, izahatını, və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi; 32.1.4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 32.1.5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 32.1.6. inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimovun 01 avqust 2024-cü il tarixli metodiki məktubunda bildirilmişdir ki, hüquqi şəxslər barəsində inzibati xətanın törədilməsinə dair protokol tərtib olunarkən işlər üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə faktiki hallar tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəmələri tərəfindən başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Anoloji işlərlə bağlı apellyasiya qaydasında şikayətlərə baxılan zaman birinci instansiya məhkəmələrinin qərarı ləğv olunmuş, əlavə araşdırılmanın aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qaytarılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarı instansiya məhkəməsinin metodiki məktubunu və işin hallarını nəzərə alaraq hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X3 şikayəti qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar