Məhkəmə qərarları › İş №3(011)-3397/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3397/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3397/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 Xidməti Bakı şəhər idarəsinin 16 may 2022ci il tarixli MN № ******* saylı qərarı ilə Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun direktoru qismində vəzifəli şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Qərar ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla göndərilsə də və bu hal yalnız xx.xx.2022-ci il tarixdə AsanPay.az portalı vasitəsi ilə mobil telefonuna (***-***-**-** saylı nömrəyə) Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı Protokola əsasən AR İXM-nin 555.1-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə olunması barədə sms daxil olduqda ona məlum olmuşdur. Şikayət olunan qərar qəbul edilərkən və ona əsas verən inzibati protokol tərtib edilərkən barəsində inzibati iş aparılan şəxs olaraq ona hüquqları izah edilmədən və xəta ilə bağlı mövcud olmayan təhrifedici düzgün olmayan məlumatlar daxil edilməklə qəbul edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Şikayət olunan qərar onunla bağlı olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokol əsasında qəbul edilmişdir. Belə ki, sözügedən protokolda X1 xx.xx.2022-ci il tarixli **********7 nömrəli müraciətinin araşdırılması zamanı guya sonuncunun xx.xx.2018-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması və onun isə vəzifəli şəxs kimi bu barədə həmin gün DƏMX-nə məlumat verməməyi və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməyi qeyd olunmuşdur. Göründüyü kimi, istinad olunan hadisə xx.xx.2018-ci il tarixdə, yəni 4 il bundan öncə baş vermiş, habelə istinad olunan xəta xx.xx.2022-ci il tarixdə, yəni 8 ay bundan öncə (barəsində inzibati protokol tərtib olunandan 3 ay 10 gün əvvəl) aşkara çıxarılmışdır. Belə olan halda - yəni xətanın xx.xx.2022-ci il tarixdə aşkara çıxarıldığı halda barəsində xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib olunması AR İXMnin 38-ci maddəsinin, həmçinin barəsində 16 may 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi isə həmin məcəllənin 53-cü maddəsinin tələblərinin kobud pozulmasıdır. Göründüyü kimi şikayət olunan qərarın özü də, ona əsas vermiş protokol da inzibati xətalar haqqında qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir. Bu baxımdan da qeyd olunan dəlillərin hər biri ayrılıqda qərarın ləğvi üçün yetərli əsasdır. X4 məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şikayəti müdafiə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın əsaslı olmasını bildirirək şikayətin təmin edilməmisini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin baş əmək müfəttişi X15 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin direktoru X17 tərəfindən işçisi X8 ilə xx.xx.2018-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisə barədə X12 Xidmətinə məlumatın həmin gün verilməməsi müəyyən edilmişdir. Bu fakt X6 xx.xx.2022-ci il tarixli **********7 nömrəli müraciəti ilə təsdiq edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis mavini Ülvi Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin direktoru X5 Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1200 (min iki yüz) manat məbləğində cərimə olunmuşdur. X4 tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən hadisə xx.xx.2018ci il tarixdə baş vermişdir. X1 ərizəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarix xətanın aşkara çıxarıldığı gün hesab olunur. Lakin inzibati xəta haqqında protokol təxminən 03 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulmuş müddət pozulmuş, bu müddətin yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılmamışdır. Həmçinin həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X10 şikayəti təmin edilməli, onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X10 şikayəti təmin edilsin. X10 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar