Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3398/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şəki rayonu X7 Bölməsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X7 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 23 avqust 2022-cı il tarixdə Şəki şəhəri, M.F.Axundzadə küçəsində idarə etdiyi Hyundai markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən saat 20:25 radələrındə Şəki şəhəri Yol Patrul Xidməti naryadı onu saxlamış və Şəki şəhəri YPX-nin əməkdaşı, polis serjantı X3 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Tərtib edilmiş İXP ******* saylı protokolun "inzibati xəta haqqında işin materiallarına baxılaraq müəyyən edildi" hissəsində heç bir qeyd aparılmamış, İXM-nin 327.2-ci maddəsinin hansı hissəsi rəhbər tutularaq barəsində protokol tərtib edilməsi və qərar çıxarılması göstərilməmişdir. Həmin vaxt o, protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və dərhal protokol tərtib edərək, heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində "X4" AR Qanununun tələblərini pozmaqla 3 bal və 60 manat məbləğində cərimə edilməyilə bağlı tənbeh qərarı çıxarılmışdır. Etiraz etməyinin əsas səbəbi haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, "X4” AR Qanununun; 59 və 60-cı maddələrində Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi haqqında, - 61 və 64-cü maddələrində 3.1 “Giriş qadağandır” yol nişanının tələbləri haqqında, - 1-ci maddəsinin 39-cu bəndində ötmə, 42-cı maddəsində Hərəkətə başlama və manevr etmə haqqında, - 75-ci maddəsində Yolayrıcılarının keçilməsi haqqında anlayışlar və s. aşkar formada göstərilmişdir. Həmin vaxt avtomobili idarə edərkən İXM-nın 327.2-ci maddəsində qeyd olunan heç bir inzibatı xəta törətməmişdir. 23 avqust 2022-ci il tarixdə saat 20:25 radələrində M.F.Axundov küçəsində Şahmat Məktəbi deyilən yerin qarşısından üzü “Old Town" restoranının qarşısınadək olan yolun sağ və sol hərəkət hissəsində avtomaşınların park etməsi səbəbindən yolun hərəkət hissəsi daralmış və uzaqvuran işıqları yandıraraq üzərinə gələn avtonəqliyyat vasitəsi ilə qəzadan yayınmaq üçün öz avtomobilini yolun sol hissəsinə çəkmişdir. Gələn avtomaşının isə YPX avtomaşını olması ona sonradan məlum olmuşdur. Son qeyd etdiklərini əsas tutan YPX avtomaşınından düşən YPX inspektoru İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir, etdiyi hərəkət nəticəsində bu maddənin tələbləri pozulmuş deyil. İXM-nin 25.1-cı maddəsinə əsasən inzibatı cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. İXM-nin 8 2-ci maddəsinə əsasən isə inzibatı məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini subut etməyə borclu deyildir Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayonu X7 Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəki rayonu X7 Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 “Hyundai Santa FE” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin inzibati tənbeh vermə haqqında qərarda X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan hansı inzibati xətanı törətməsi, inzibati xətanın törədildiyi yer və və vaxt qeyd olunmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Şəki rayonu X7 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki rayonu X7 Bölməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Şəki rayonu X7 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki rayonu X7 Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3398/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3398/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver