Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3402/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, «Azəriqaz» İB-nin etibarnamə üzrə nümayəndəsi X4, zərərçəkmiş şəxs X1, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın iştirakı ilə, Hüquqi şəxs «Azəriqaz» İB-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən «Azəriqaz» İB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 05 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-41/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən X2 hesablanmış 46710.60 manat borc «Azəriqaz» İB tərəfindən silinməlidir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova izahatında göstərmişdir ki, icra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və icra sənədi icra olunması üçün «Azəriqaz» İB-yə bildiriş və xəbərdarlıq məktubları göndərilmişdir. Lakin icra sənədi üzrə tələb təmin edilmədiyindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halhazırda X1 hesabından 46710.60 manat tam olaraq silinmişdir. Məhkəmə iclasında «Azəriqaz» İB-nin etibarnamə üzrə nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, X1 hesabından 46710.60 manat tam olaraq silinmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-41/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra olunmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 ifadəsində göstərmişdir ki, «Azəriqaz» İB tərəfindən 46710.60 manat tam olaraq silinmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası təmin edilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-41/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, X2 hesablanmış 46710.60 manat borc «Azəriqaz» İB tərəfindən silinməlidir. «Azəriqaz» İB X8 İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-41/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası təmin edilmiş, qeyri-əhali abonenti X1 hesabından 46710.60 manat tam olaraq silinmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, icra məmurunun, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 hesabından 46710.60 manat tam olaraq silinmiş, bununla da Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-41/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası tam təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, «Azəriqaz» İB tərəfindən Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-41/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası təmin edilmişdir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: «Azəriqaz» İB barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3402/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3402/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver