Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3407/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.4-cü maddələri ilə inzibati xəta törətməsi haqqında 12 sentyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 42.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.3-cü maddəsinə əsasən Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 109.1.6-cı maddəsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXMnin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olsa da, 327.1ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə ayrıca inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilməlidir. Bundan başqa, Bakı şəhər DYPİ-nin YNH inspektoru polis kapitanı X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 12 sentyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan və ona əlavə olunmuş digər materiallardan məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, onun hüquq və mənafelərinin təmin olunması məqsədilə qanuni nümayəndə təyin olunmamış, həmçinin qanuni nümayəndənin inzibati icraat zamanı iştirakı məcburi olduğu halda onun iştirakı olmadan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı alınmış və barəsində inzibat xəta haqqında protokol tətib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan hallar təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3407/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3407/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver