Məhkəmə qərarları › İş №3(011)-3425/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3425/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3425/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X3 iştirakı ilə, X3 Nizami Rayon Dövlət X8 01 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Dövlət X8 01 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Bunun nəticəsi olaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixində ona məxsus **-FZ- *** nömrəli İnfiniti markalı avtomobil ilə Mikail Əliyev küçəsində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Bir istiqamətdə hərəkət edən Opel markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobil sağdan ötmə əməliyyatı edərkən, onun avtomobilinə çırpılaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsini araşdıran Bakı Şəhər Nizami Rayon DYPİ-nin Malik adlı inspektoru tərəfindən qərəzli və əsassız olaraq barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. O sola dönmə siqnalıı verməmiş və sola manevr etməmişdir. Bir zolaqlı yoldan sağa, yol kənarında olan servis ərazisinə manevr etmək istəyəndə arxadan sağdan ötmək istəyən avtomobil tərəfindən vurulmuşdur. Avtomobilində olan videoregistrator çəkilişi də bunu təsdiq edir. Protokol ilə razılaşmadığından DİN-ə şikayət ünvanlayıb işə qanun çərçivəsində obyektiv və ədalətli baxılmasını tələb etmişdir. Həmin protokol əsasında barəsində qanunsuz olaraq Nizami DYP-nin inspektoru X2 tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə manevr qaydalarının pozulması iddia edilərək qərar verilmişdir. İşə onun iştirakı olmadan baxılıb və ona baxılmanın yeri və müddəti barədə məlumat verilməyib. İşə baxılarkən yol hərəkəti haqqında qanunun 51-ci maddəsinin 2-ci hisəsinin tələbləri və onda olan videomaterial nəzərə alınmayıb, tamamilə nonsens olan manevr qaydalarının pozulması iddiası qeyd edilib. Bir zolaqlı yolda sağa manevr etmə yol hərəkəti qaydalarına uyğundur, bu qayda pozuntusu kimi, xüsusilə də baxılan hadisədə yol nəqliyyat hadisəsinin səbəbi kimi qeyd edilə bilməz. Barəsində əsassız olaraq tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bunları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək barəsində tərtib edilmiş qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Nizami Rayon Dövlət X8 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Nizami Rayon Dövlət X8 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nizami Rayon Dövlət X8 01 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş videomateriala məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, “Opel” markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobil sağdan ötmə əməliyyatı edərək birtərəfli istiqamətdə hərəkətdə olan **-FZ-*** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-35 minik” markalı avtomobilə çırpılmışdır. Belə ki **-FZ-*** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-35 minik” markalı avtomobilin sürücüsü X3 əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi yoxdur. Buna görə də bu məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə məhkəmə iclasında baxılan videomaterialdan göründüyü kimi X3 “Yol hərəkəti haqqında” Qanununun 51.2-ci maddəsinin tələblərini pozmadığını nəzərə alaraq hesab edir ki, X3 şikayəti təmin edilməli, Nizami Rayon Dövlət X8 01 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Nizami Rayon Dövlət X8 01 sentyabr 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar