Məhkəmə qərarları › İş №3(011)-3428/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3428/2021

08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3428/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X14, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X22 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 14 dekabr 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X23 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 14 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13.10.2005-ci ildə "xxxx" MMC vergi orqanında qeydiyyatdan keçərək ictimai iaşə fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ildən Bakı şəhəri, Qara Qarayev prospekti 31 “B” ünvanında yerləşən “MOON SUN“ kafesini icarəyə götürərək fəaliyyətə başlamışdır. Həmin dövrdən bu günə kimi qanunu fəaliyyət göstərərək vaxtlı - vaxtında dövlət qurumlarına rüsumlarını ödəmişdir. X15 13 aprel 2017-ci ildə xadimə vəzifəsinə işə qəbul olunmuş, işlədiyi dövürdə dəfələrlə işinə laqeyid yanaşmış, bununla bağlı akt tərtib olunmuşdur. 23.06.2020ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi və həmin məcəllənin 72-ci maddəsinə əsasən işdən azad olunmuşdur. Bundan sonra, Fezullayeva (Sadıqova) X19 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək onlardan şikayət etmişdir. X21 Xidməti heç bir araşdırma aparmadan onu MMC-nin direktoru olaraq İnzibati Xətalar Məcəlləsinin 192-4-cü maddəsi ilə heç bir əsas olmadan 1400 (bir min dörd yüz manat 00 qəpik) manat cərimə etmişdir. Bildirir ki, Fezullayeva (Sadıqova) Əminə İsmayıl qızını işdən çıxararkən 23.06.2020-ci il tarixdə onunla son haqq-hesabın verilməsinə dair 08 saylı əmir verilmişdir. O, şirkətə gəlib son haqq-hesabını alıb və əvəzində onlardan qanunsuz şikayət etmişdir. Əmək Müfəttişliyi Xidməti isə onların iştirakı olmadan və heç bir əlaqə saxlamadan tam qanunsuz qərar qəbul etmişdir. Həmin qərardan 27 iyul 2021-ci ildə icra məmuru onu çağırarkən xəbəri olmuşdur. 30 iyul 2021-ci il tarixli məktubla X21 Xidmətinə müraciət etmiş, onlarsa ona 09 avqust 2021-ci il tarixli qərarda şikayət müddətini buraxdığı üçün şikayətinə baxılmamışdır. Həmin qərar ona 14 avqust 2021-ci il tarixdə çatmışdır. Ancaq bir daha bildirmək istəyir ki, X21 Xidməti 14 dekabr 2020-ci il tarixli qərarından onun 27 iyul 2021-ci il tarixdə icra şöbəsinə dəvət olunarkən məlumatı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXMnin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddədən də görünür ki, inzibati xətanı törətmiş şəxs cərimə olunur, o isə burda heç bir pozuntuya yol verməmişdir. Əminə Fezullayeva Xidmətə onlara aid olmayan bir nömrə vermiş, Xidmət isə onların faktiki ünvanı olan Bakı şəhəri, Qara Qarayev prospekti 31” B ” ünvanı əvəzinə hüquqi ünvanına məktub göndərmişdir. Onların əlaqə telefonu vergi orqanından keçərkən qeyd olunmuş, onlar istəsələr onunla əlaqə yarada bilərdilər. Ancaq bunu araşdırmaq əvəzinə heç bir əsas olmadan cərimə tətbiq etmişlər. Bu günə kimi Əminə Sadıqova son haqq-hesabını şirkətə gələrək götürmüşdür. Bundan əlavə "xxxx" MMC-nin fəaliyyətini 03.09.2020-ci il tarixdən dayandırmışdır. Odur ki, qeyd edilənlərə əsaslanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti 14 dekabr 2020-ci il tarixli MN ******* saylı inzibati tenbeh vermə haqqında qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X23 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, son haqq-hesab Əminə Sadıqovaya əlbəəl verilmiş, bu barədə hər hansı sənəd tərtib edilməmişdir. Həmçinin, Əminə Sadıqovanın son haqq-hesabla bağlı şikayəti 2020-ci ilin iyun ayında olmuş, həmin vaxtdan beş ay keçmiş, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra xəbəri olmadan cərimə edilmişdir. Qeyd olunanları nəzərə alaraq 14 dekabr 2020-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X28 şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, Əminə Sadıqova əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, həmin müraciət aidiyyəti üzrə X21 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Müvafiq sənədlərin təqdim edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına məktub göndərilmiş, lakin məktuba hər hansı cavab verilməmişdir. 29 iyul 2020-ci il tarixdə Əminə Sadıqova X21 Xidmətinin Bakı şəhər İdarəsinə izahat vermiş, hesabından çıxarışı təqdim etmiş, son haqq-hesabın ödənilməməsi müəyyən edilmişdir. Bu səbəbdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub ünvanlanmış, son haqq-hesabın ödənilməsi və bu barədə X21 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. Buna baxmayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti son haqq-hesabın ödənilməsi barədə məlumat verməmiş, 2020-ci ilin noyabr ayında yenidən hesabdan çıxarış təqdim edilmiş, hesabdan çıxarışda son haqq-hesabın ödənilməməsi müəyyən edilmişdir. Sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub ünvanlanmış, direktoru idarəyə dəvət edilmiş, gəlmədiyindən iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola baxılmasının yeri və vaxtı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilmiş, direktoru gəlmədiyindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Araşdırma aparılarkən və qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Müddətlə bağlı qeyd edir ki, son haqq-hesabın ödənilməməsi 29 iyul 2020-ci il tarixli hesabdan çıxarışla müəyyən edilsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə son haqqı-hesabın ödənilməsi üçün şərait yaradılmış, bu səbəbdən müəyyən müddət keçmiş, 2020-ci ilin noyabr ayında son haqqı-hesabın ödənilmədiyi müəyyən edildiyindən müvafiq araşdırma aparılmışdır. Hesab edir ki, hazırkı xəta uzanan inzibati xəta olduğundan inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Qeyd etdiklərini nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qərarın ləğv edilməsinə münasibətdə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin 26 nömrəli, 13 aprel 2017-ci il tarixli əmrindən görünür ki, X15 13 aprel 2017ci il tarixdə "xxxx" MMC-yə xadimə vəzifəsinə təyin edilmişdir; Safari-SS” MMC-nin 15 iyun 2020-ci il tarixli xəbərdarlığından görünür ki, X11 mütəmadi olaraq işə gəlmədi üçün xəbərdarlıq edilmişdir; 15 iyun 2020-ci il tarixli akt N1-dən görünür ki, 13-14 iyul 2020-ci il tarixlərdə xadimə vəzifəsində çalışan X11 əvvəlki günlər kimi bu günlərdə də ümumiyyətlə işə gəlməmişdir; "xxxx" MMC-nin 22 iyun 2020-ci il tarixli xəbərdarlığından görünür ki, X11 mütəmadi olaraq işə gəlmədi üçün 2-ci xəbərdarlıq edilmişdir; 22 iyun 2020-ci il tarixli, akt N2-dən görünür ki, 13-22 iyul 2020-ci il tarixlərdə xadimə vəzifəsində çalışan X11 əvvəlki günlər kimi bu günlərdə də ümumiyyətlə işə gəlməmişdir; "xxxx" MMC-nin 08 nömrəli əmrindən görünür ki, X11 23.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əməka Məcəlləsinin 70.ç maddəsinə əsasən işdən azad edilmişdir. Əmrə əsas 15.06.2020-ci il tarixli Akt N1, 15.06.2020-ci il tarixli xəbərdarlıq, 22.06.2020-ci il tarixli Akt N2 və 22.06.2020-ci il tarixli xəbərdarlıq olmuşdur; "xxxx" MMC-nin 24 iyun 2020-ci il tarixli 23 iyun 2020-ci il tarixli 08 saylı əmrinə əlavəsindən görünür ki, X11 işdən azad olunduğu üçün son haqq-hesabın qanunvericiliyə uyğun aparılması əmr edilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisi X17r. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 41 mənzil 75-dir; X21 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 28 iyul 2020-ci il tarixli məktubundan görünür ki, X8 əmək hüquqlarının pozulması barədə müraciətinə baxılır. X10 aid olan sənədlərin 7 gün ərzində X21 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunması xahiş olunmuşdur; X8 X21 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi 29 iyul 2020-ci il tarixli izahatdan görünür ki, X6 haqq-hesabın ona ödənilmədiyini göstəmişdir; “Yelo Bank” tərəfindən təqdim edilmiş 29 iyul 2020-ci il tarixli X8 hesabından çıxarışdan görünür ki, hesaba 15 may 2020-ci il tarixdə 200 manat, 25 iyun 2020-ci il tarixdə 20 manat, 06 iyul 2020-ci il tarixdə 20 manat, 09 iyul 2020-ci il tarixdə 100 manat, 10 iyul 2020-ci il tarixdə 30 manat, 15 iyul 2020-ci il tarixdə 30 manat daxil edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin 03.12.2020-ci il tarixli, **********0 nömrəli bildirişindən görünür ki, 03.12.2020-ci il tarixli, MN ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması 14.12.2020-ci il tarixə, saat 11:00-a tarixə təyin edilmiş, bu barədə "xxxx" MMC-nin direktoru X18 bildiriş ünvanlanmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin 03.12.2020-ci il tarixli, **********4 nömrəli "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanan müraciətdən görünür ki, X2 haqq-hesabının AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ən qısa zamanda hesablanıb ödənilməsi barədə müraciət etmişdir; 03.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabların verilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192-4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; inzibati tənbeh vermə haqqında 14 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X8 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabların verilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192-4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bu səbəbdən də X14 1400 (bir min dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır; arayışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyəti 03.09.2020-ci il tarixdə dayandırılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X15 13 aprel 2017-ci il tarixdə "xxxx" MMC-yə xadimə vəzifəsinə işə qəbul edilmiş, 23.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Əməka Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Əmrdə son haqq-hesabın ödənilməsi ilə bağlı hər hansı müddəa olmamışdır. "xxxx" MMC-nin 24 iyun 2020-ci il tarixli 23 iyun 2020-ci il tarixli 08 saylı əmrinə əlavəsi ilə X11 işdən azad olunduğu üçün son haqq-hesabın qanunvericiliyə uyğun ödənilməsi əmr edilmişdir. X5 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmiş, həmin müraciət aidiyyəti üzrə X21 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. X21 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 28 iyul 2020-ci il tarixli məktubunda X8 əmək hüquqlarının pozulması barədə müraciətinə baxıldığı, sonuncuya aid olan sənədlərin yeddi gün ərzində X21 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunması xahiş olunmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, X3 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə 29 iyul 2020-ci il tarixli izahat vermiş, son haqq-hesabın ona ödənilmədiyini göstəmiş, “Yelo Bank” tərəfindən təqdim edilmiş 29 iyul 2020-ci il tarixli X8 hesabından çıxarışda sonuncunun hesabına 15 may 2020-ci il tarixdə 200 manat, 25 iyun 2020-ci il tarixdə 20 manat, 06 iyul 2020-ci il tarixdə 20 manat, 09 iyul 2020-ci il tarixdə 100 manat, 10 iyul 2020-ci il tarixdə 30 manat, 15 iyul 2020-ci il tarixdə 30 manat daxil edildiyi qeyd edilmiş, 23.06.2020-ci il tarixdə hər hası vəsitin ödənilməsi görünməmişdir. X13 haqq-hesabın əlbəəl ödənilməsini bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, eyni zamanda son haqq-hesabın X1 iş günü, yəni 23.06.2020-ci il tarixdə ödənilməsi iş materialları və hesabdan çıxarış ilə müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə, son haqq-hesabın ödənilməsi barədə X14 dəlillərini əsassız sayır. Həmçinin, inzibati orqan inzibati araşdırma zamanı hüquqi şəxsin hüquqi ünvanlarına müvafiq bildirişləri göndərmiş, hüquqi şəxsin faktiki olaraq hüquqi ünvanda yerləşməməsi səbəbindən həmin bildirişləri ala bilməməsini məhkəmə məlumat verilməməsi kimi qiymətləndirmir və bu barədə də X14 dəlillərini əsassız sayır. Bununla belə, göründüyü kimi, X8 29 iyul 2020-ci il tarixli izahatı və “Yelo Bank” tərəfindən təqdim edilmiş 29 iyul 2020-ci il tarixli hesabdan çıxarış ilə X4 haqq-hesabın sonuncu iş günü ödənilməməsi inzibati orqan tərəfindən artıq 29 iyul 2020-ci il tarixdə aşkar edilmişdir. Qeyd olunan halı inzibati orqanın nümayəndəsi də mübahisələndirməmişdir. Beləliklə, işəgötürənin son haqq-hesabı sonuncu iş günü işçiyə verilməli olduğu halda verməməsi, bunun X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 29 iyul 2020-ci il tarixdə aşkar edilməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi 29 iyul 2020-ci il tarixdə aşkar edildiyindən, inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi müəyyən edilmədiyindən 14 dekabr 2020-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53-cü maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Məhkəmə, inzibati xəta hadisəsinin 29 iyul 2020-ci il tarixdə aşkar edildiyini, qanunvericiliklə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsini, üç ay müddətin 29 oktyabr 2020-ci il tarixdə bitməsini, inzibati tənbeh vermə haqqında qərarın isə 14 dekabr 2020-ci il tarixdə - inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilməsini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, 14 dekabr 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X14 şikayəti təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X14 İnzibati Xətalar Məcəlləsinin 192-4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1400 (bir min dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə X21 Xidmətinin Bakı şəhəri İdarəsinin 14 dekabr 2020-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar