Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3441/2021 14.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, zərərçəkmiş şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 iştirakları ilə, xx.xx.1987-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 03 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 80 manat dəyərində olan əyləc sarğısını talamışdır. Bundan başqa, o, 11 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 80 manat dəyərində olan əyləc sarğısını talamışdır. Bundan başqa, o, 11 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 90 manat dəyərində olan əyləc sarğısını talamışdır. Bundan başqa, o, saxlanıldığı zaman onun 12 sentyabr 2021-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə - heroin istehlakı etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektorları tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 13 və 14 sentyabr 2021-ci il tarixli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallar bir icraatda birləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, bir ildir ki, narkotik vasitələrdən istifadə edir. Heç yerdə işləmədiyindən liftin əyləc sarğısını oğurlayıb satmaq qərarına gəlmişdir. 03 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında liftin matorunun əyləc sarğısını talamış və mis şəkilində 20 manat qarşılığında satmışdır. Bundan başqa, o, 11 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında liftin matorunun əyləc sarğısını talamış və mis şəkilində 20 manat qarşılığında satmışdır. Bundan başqa, o, 11 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında liftin matorunun əyləc sarğısını talamış və mis şəkilində 20 manat qarşılığında satmışdır. Həmçinin, 12 sentyabr 2021-ci il tarixdə Xətai rayonu ərazisində narkotik vasitə - heroin istifadə etmişdir. Hadisəylə bağlı barəsində şikayət olduğundan polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, daha sonra sərxoşluğunu, narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış və tibbi müayinədən keçirilən zaman sidiyində narkotik tərkibli maddə aşkar edilmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir, əməllərindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şəxs 03 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 80 manat dəyərində olan əyləc sarğısını talamışdır. Bundan başqa, o, 11 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 80 manat dəyərində olan əyləc sarğısını talamışdır. Bundan başqa, o, 11 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 90 manat dəyərində olan əyləc sarğısını talamışdır. Dəymiş zərər ödənilməmişdir. Barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan şəxsə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 206 və 227-ci maddələri nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 03 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 80 manat dəyərində olan əyləc sarğısını talamış, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 11 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 80 manat dəyərində olan əyləc sarğısını talamış, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 11 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məxsus liftin matorunun 90 manat dəyərində olan əyləc sarğısını talamış, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 12 sentyabr 2021-ci il tarixdə Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə - heroin istehlak etmiş, bu səbədən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində heroin, tiryək (+) aşkar olunmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur. 12 sentyabr 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdən saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında raportdan müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 12 sentyabr 2021-ci il tarixdə saat 16:00-da Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 12 sentyabr 2021-ci il tarixdə saat 16:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 sentyabr 2021-ci il tarixdə saat 16:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3441/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3441/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver