Məhkəmə qərarları › İş №3(011)-3441/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3441/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3441/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X4 Bakı şəhəri X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 20 iyul 2024-cü il tarixində saat təxmini 16:17 radələrində mülkiyyətində və istifadəsində olan **-OO-*** dövlət qeydiyyat nişanlı "Mazda" markalı avtonəqliyyat vasitəsi ilə Neftçilər prospektində (Port Bakunun yanından keçən zaman) hərəkətdə olan zaman **-YV-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cobalt" markalı avtonəqliyyat vasitəsini idarə edən X2 qəsdən, öz əməlinin hüquqazidd xarakterini dərk edərək və şüurlu surətdə ardıcıl bir neçə dəfə kobud qayda pozuntusu törədərək və soldan onun önünə manevr edib anidən tormoz verməsi nəticəsində onun idarə etdiyi avtonəqliyyat vasitəsi ondan asılı olmayan səbəbdən arxadan həmin avtonəqliyyat vasitəsinə dəymişdir. Həmin nəqliyyat vasitəsinin bir neçə dəfə qayda pozuntusu törədərək anidən önünə keçib tormoz verməsi üçün hərəkət zolağında hər hansı bir maneə, insan və s. olmamışdır. Zərbə arxadan olduğu üçün məsələ araşdırılmadan və təqdim etdiyi videogörüntülər nəzərə alınmadan barəsində əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbinə əsasən Bakı şəhəri DYPİ tərəfindən 21 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. **-YV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən X5 qəsdən, öz əməlinin hüquqazidd xarakterini dərk edərək və şüurlu surətdə kobud qayda pozuntusu törədərək ən sağ hərəkət zolağından perpendikulyar vəziyyətdə ən sol hərəkət zolağına keçməklə 2 və daha çox avtonəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmış və onlar anidən tormoz verməyə məcbur olmuşdur. Həmin an onun qarşısında hərəkətdə olan **-ST-*** dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtonəqliyyat vasitəsinin sürücüsü səs siqnalı vasitəsilə X3 yaratdığı qəza şəraiti ilə bağlı xəbərdarlıq etmişdir. Bundan sonra o, hərəkət zolağını dəyişərək sol zolağa keçməyə çalışmışdır. **-YV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən X5 artıq ən sol hərəkət zolağında olmasına baxmayaraq, səs siqnalı verdiyi üçün **-ST-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsünə irad bildirmək məqsədilə onun yanına yaxınlaşıb hərəkət zolağında mübahisə etmək üçün yenə qəsdən bir neçə dəfə kobud qayda pozuntusu törədərək zolağın və sürət tələbini gözləmədən anidən onun önünə manevr edərək dərhal tormoz vermişdir. Bu zaman isə önünə keçib ani tormoz verdiyi üçün nəqliyyat vasitəsini dayandırmaq mümkün olmadığından şikayətçidən asılı olmadan idarə etdiyi avtonəqliyyat vasitəsi arxadan həmin avtonəqliyyat vasitəsinə dəymişdir. Videodan da göründüyü kimi, qəzaya səbəb olan həmin nəqliyyat vasitəsinin önünə keçib tormoz verməsi üçün hərəkət zolağında hər hansı bir maneə, insan və s olmamış, habelə, önünə keçərkən dönmə siqnalını yandırmamış, habelə arxa sol tormoz işığı işlək vəziyyətdə olmamışdır. Xüsusi qeyd olunmalıdır ki, idarə etdiyi "Mazda CX-5" markalı avtonəqliyyat vasitəsində önünə maneə çıxdığı hallarda avtomatik olaraq tormozlama funksiyası mövcuddur. Lakin hadisə zamanı qəsdən və anidən sürət və məsafəni gözləmədən tormoz verilməsi nəticəsində həmin funksiyanın da işə düşməməsi **-YV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsünün kobud qayda pozuntusu törədərək qəzaya səbəb olmağının sübutlarından biridir. Hadisə zamanı güclü qorxu və həyəcan hissi keçirdiyi üçün hadisədən sonra affekt vəziyyətində olmuşdur. Yalnız növbəti gün hadisəni qismən xatırlayıb və videogörüntülərə baxa bilməmişdir. Həmin görüntülərin təqdim olunmasına baxmayaraq, yalnız onun barəsində əsassız qərar tərtib olunmuş, qəsdən və şüurlu surətdə dəfələrlə kobud qayda pozuntusu törədərək qəza vəziyyəti yaradan və qəzaya səbəb olan **-YV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən X5 barəsində isə heç bir tədbir görülməmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdir. Bu xüsusatları nəzərə alaraq 21 iyul 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 izahatında şikayətini müdafiə edərək bildirmişdir ki, "Chevrolet Cobalt" markalı nəqliyyat vasitəsi yolu sağdan sola eninə keçmiş, sonra soldan sağa doğru qəfl manevr edərək dayanmış və qəza vəziyyəti yaratmışdır. **-YV-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cobalt" minik markalı nəqliyyat vasitəsinin sürücüsünün **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünə irad bildirmək üçün sərt manevrlər etməsinə və qəza vəziyyəti yaratmasına, xuliqanlıq etməsinə hüquqi qiymət verilməsini, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər X10 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X10 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına pozmağa görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. X6 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar kifayət qədər araşdırılma aparılmadan qəbul edilmiş, həmçinin X4 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, manevr qaydalarının pozulmasının nədən ibarət olması araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş diskdə olan video görüntülərdən məlum olur ki, **-YV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əvvəlcə yolun sağ zolağından sol tərəfə doğru eninə olaraq, sonra yolun sol zolağından sağ zolağına gözləmədən, anidən ötmə etmiş, qəfl tormozlama nəticəsində X4 qəza törətməsinə səbəb olmuşdur. Videogörüntülərdən göründüyü kimi X4 həmin şəraitdə nəqliyyat vasitəsini saxlamaq imkanı olmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X10 İdarəsinə göndərilməlidir. **-YV-*** dövlət qeydiyyat nişanlı "Chevrolet Cobalt" minik markalı nəqliyyat vasitəsinin sürücüsünün əməlinə hüquqi qiymət verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar