Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3446/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4548/2021-003 saylı, 22 iyun 2021-ci il tarixli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-658/2024-009 saylı, 07 may 2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən 09 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X8 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4548/2021-003 saylı, 22 iyun 2021-ci il tarixli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-658/2024-009 saylı, 07 may 2024-cü il tarixli icra sənədlərinə əsasən Şəxs tərəfindən 3439 manat borcun ödənilməsi tələb edilmişdir. Lakin Şəxs icra sənədi üzrə 3439 manat borcu qalmaqdadır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4548/2021-003 saylı, 22 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, onun tərəfindən 873 manat məbləğində pul vəsaiti və dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-658/2024-009 saylı, 07 may 2024-cü il tarixli icra sənədinə əsasən ondan X2 xeyrinə hər uşağa görə 160 manat hesablanmaqla hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ödənilməlidir. Maddi cəhətdən imkanı olmadığından ödəniş edə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 sentyabr 2019-cu il tarixli icra ödənişinin alınması haqqında qərardan görünür ki, borclu Şəxs 61,11 manat məbləğində icra ödənişi alınması qərara alınmışdır. 24 dekabr 2021-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs məcburi qaydada Xətai Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. 25 fevral 2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1993-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-658/2024-009 saylı, 07 may 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs X2 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 28 noyabr 2023-cü il tarixdən başlayaraq hər uşağa görə 160 manat hesablanmaqla hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. 28 iyun 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1993-cü il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. 27 iyun 2024-cü il tarixli aktdan görünür ki, Xətai rayon icra şöbəsinin icra məmuru Xatir Məmmədov hal şahidləri ünvan 5 ünvanında yaşayan X7, Bakı şəh, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları yeni tikili mənzildə yaşayan X3 iştirakı ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-658/2024-009 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin etmək üçün borclu Şəxs ünvan 7 ünvanında olarkən borclunu sözü gedən ünvanda tapmaq mümkün olmamışdır. 25 iyul 2024-cü il tarixli X2 ərizəsindən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-658/2024 saylı 07 may 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində axtarış işi açılmışdır. Borclu ilə aralarında razılığa gəldikləri üçün borclunun barəsində olan açılmış axtarışın götürülməsini xahiş etmişdir. Axtarışın götürülməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” 06 iyun 2024cü il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında 06 iyun 2024cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Əliyev X6 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3446/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3446/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver