Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3450/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 iştirakı ilə X2 barəsində Xətai Rayonu Dövlət X7 tərəfindən qəbul edilmiş 27.04.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Xətai Rayonu Dövlət X7 tərəfindən qəbul edilmiş 27.04.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, 27.04.2020-ci il tarixində polis əməkdaşı tərəfindən yoxlanılarkən sms icazəsi olmadığı üçün cərimə edilmişdir. Qərarın surətini 13.09.2021-ci il tarixdə almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai Rayonu Dövlət X6 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayonu Dövlət X6 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Xətai Rayonu Dövlət X7 tərəfindən qəbul edilmiş 27.04.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Xətai Rayonu Dövlət X7 tərəfindən qəbul edilmiş 27.04.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər” haqqında 124 nömrəli 02.04.2020-ci il tarixli Qərarı ilə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 144 nömrəli 18 aprel 2020-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 04 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Müəyyən edilmişdir ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. X1 şikayətində göstərdiyi xüsusat onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur. Xətai Rayonu Dövlət X7 bu faktı aşkar etdiyindən protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Xətai Rayonu Dövlət X7 tərəfindən qəbul edilmiş 27.04.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Daxili İşlər Nazirliyinin Xətai Rayonu Dövlət X7 tərəfindən qəbul edilmiş 27.04.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3450/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3450/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver