Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3450/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov (Mamedov) Samir Müsabir oğlunun iştirakları ilə, xx xxxxx 1981-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəh., Xətai ray., İnqilab İsmayılov küç.28 ünvanında yaşayan X4 barəsində X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-507/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən MN ******* nömrəli, 07 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki Biləsuvar Rayon Məhkəməsinin 2(022)-553/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu X3 25307 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X8 xeyrinə, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-507/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə , borclu X3 10450 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Lakin həmin icra sənədləri üzrə tələb tam təmin edilməmişdir. X10 bildirmişdir ki, tam şəkildə ödəniş edə bilmir. Borclu bu günədək X11 300 manat, X7 isə 3500 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, X4 barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahat verərək göstərdi ki, 2020-2022-ci illərdə cəzaçəkmə müəsisəsində olmuşdur. Cəzaçəkmə müəsisəsindən çıxdıqdan sonra bir müddət işləməmişdir. İşləməyə yeni başlamışdır. X7 fevral ayında və həmçinin dünən 150 manat ödəniş etmişdir. Borcdan imtina etmir, digər zərər çəkmiş şəxslə hissə-hissə ödənişlə bağlı razılığa gəlmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahat verərək göstərdi ki, bu günədək borcluya münasibətdə həmişə humanizm nümayiş etdirmişdir. O, hətda ödənişin hissəhissə ödənilməsinədə razılığını bildirmişdir. Hazırda ödənişin edilməsini tələb edir. Məhkəmə iclasında digər zərər çəkmiş şəxs X13 iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-553/2019 nömrəli, xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən, cavabdeh X3 ödənilməmiş borcun əvəzi qismində 21.980 (iyirmi bir min doqquz yüz səksən) manat və 30 aprel 2016-cı il tarixdən 25 iyun 2019-cu il tarixədək olan dövrdə öhdəliklərin icrası üzrə gecikdirilmiş il vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış vəsait qismində 3.297 (üç min iki yüz doxsan yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 25.307 (iyirmi beş min üç yüz yeddi) manat məbləğində pul vəsaiti X8 xeyrinə tutulsun. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu X4 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-507/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, X3 10.450 (on min dörd yüz əlli manat tutularaq zərər çəkmiş şəxsmülki iddiaçı X7 verilsin. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən borclu X4 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X9 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X4 Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə X2 törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Məmmədov (Mamedov) Samir Müsabir oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 07 may 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3450/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3450/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver