Məhkəmə qərarları › İş №3(011)-3464/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3464/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3464/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bak şəhər İdarəsini rəisi H.T.Əhmədov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından "Günəş İKF" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: "Günəş İKF" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X3 Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bak şəhər İdarəsini rəisi H.T.Əhmədov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və həmin idarəsinin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası İXM-nin 602.1-ci maddəsinini əlamətləri olduğundan onların barəsində inzibati iş üzrə icraatın başlanması barədə şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan "Günəş İKF" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (vəzifəli şəxs) X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və portaldan çıxarışdan görünür ki, "Günəş İKF" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verildiyini, X1 ünvan 1 ünvanında yaşamasını nəzərə alaraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri NəsimiRayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 inzibati tənbeh vermə haqqında qərardan şikayəti üzrə inzibati xəta haqqında işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar