Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3464/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in sahə inspektoru X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 15 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs 21 avqust 2023-cü il tarixdə işlədiyi “AtaSığorta” şirkətində avtomobilini sığorta etmək məqsədi ilə X1 80 manat məbləğində pul almış, avtomobilini sığorta etməmiş, bununla da xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, “AtaSığorta” şirkətində menecer vəzifəsində işləmişdir, 21 avqust 2023-cü il tarixdə tanımdağı şəxsdən avtomobilini sığorta etmək məqsədi ilə “Milliön” aparatı vasitəsi ilə 60 manat məbləğində pul ödətdirmişdir. Lakin unutduğu üçün avtomobili sığortalamamış, daha sonra həmin şəxs ona qarşı aqressiv yanaşmış və avtomobil sığortalanmadığı üçün ona cərimə yazıldığını bildirərək onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Avtomobil sığorta etmədiyi üçün ümumilikdə 183 manat dəyərində ziyan dəymişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Bu səbəbdən onunla barışmışdır və zərərçəkənin ona qarşı heç bir şikayət və tələbi də yoxdur. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in sahə inspektoru X4 izahat verərək göstərdi ki, 21 avqust 2023-cü il tarixdə işlədiyi “AtaSığorta” şirkətində avtomobilini sığorta etmək məqsədi ilə X1 80 manat məbləğində pul almış, avtomobilini sığorta etməmişdir. Bununla da o, xırda talama inzibati xətasını törətmişdir. Faktla bağlı Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə 15 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, 21 avqust 2023-cü il tarixdə “AtaSığorta” şirkətinin işçisi Şəxs avtomobilini sığorta etdirmək məqsədi ilə 80 manat ödəmiş, lakin avtomobil sığortalanmamış, bu səbəbdən də iki dəfə cərimə olunmuşdur. Hazırda dəymiş zərər ödənilmiş, Şəxs ilə barışıq əldə olunmuş və bu səbəbdən ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur; 15 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 21 avqust 2023-cü il tarixdə işlədiyi “AtaSığorta” şirkətində avtomobilini sığorta etmək məqsədi ilə X1 80 manat məbləğində pul almış, avtomobilini sığorta etməmişdir 15 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmışıq əldə olunmuş və Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahati, zərəçəkmiş şəxslərin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3464/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3464/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver