Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3465/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, X4 22 yanvar 2024-cü il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 137 ünvanında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə hərəkət edərkən orada quraşdırılan telefon quyusuna (lyuka) düşməsi nəticəsində xəsarət almışdır. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, 2010-cu ildən Ultel MMC-də müxtəlif vəzifələrdə, 2022-ci ilin fevral ayından isə hazıradək Xətt qurğularının istismarı bölməsinin rəhbəri vəzifəsində işləyir, sözügedən lyukun üzərinə yəqin ki, hansısa yük avtomobili çıxmış, o səbəbdən lyukun dayanıqlığı boşalmış, nəticədə vətəndaş lyukun üzərinə çıxdıqda ora düşmüş, Xətai rayonu, 8 noyabr prospekti 137 ünvanında (ATS 424 elektrotok) yerləşən Ultel MMCnə məxsus yeraltı telefon quyusuna mütəmadi olaraq Xətt qurğularının istismarı bölməsinin montyoru Sadiq Cəlali nəzarət etmiş, Sadiq Cəlali görülmüş işlər barədə ona məruzə etmiş, o isə Xətt qurğuları istismarı şöbəsinin rəisinə görülmüş işlər barədə məlumat vermiş, hadisə baş verənə qədər həmin ərazidə hər hansı pozuntu halı (bədbəxt hadisə) olmamış, Sadiq Cəlali hadisədən sonra qeyd olunan ünvanda lyukun (telefon quyusunun) nasaz olmasını aşkar edərək ona məlumat vermiş, yerində qərar qəbul edilərək orada olan qapaq yenisi ilə əvəz edilmiş, Aqil Hacıyevin telefon quyusuna düşməsi barədə məlumatı təzəliklə həmin ərazidə mağaza işlədən adını xatırlamadığı şəxs vermiş, işləri profilaktik olaraq yerinə yetirmiş, hər hansı ərazidə pozuntu halı olarsa ora baxış keçirmiş, yaranmış problemin aradan qaldırılması üçün tədbir görmüş, bu barədə hər hansı akt tərtib edilməmiş, "xxxx" MMC-nə məxsus yeraltı telefon quyularına (həmçinin quyunun qapaqlarına) Xətt qurğularının istismarı bölməsinin montyorları mütəmadi olaraq nəzarət etmiş, görülən işlər barədə ona məruzə edilmiş, fiziki olaraq bütün qurğulara baxış keçirtmək, onların dayanıqlığını yoxlamaq mümkün olmamış, hər hansı ərazidə problem yarandıqda bu barədə tədbir görülərək aradan qaldırılmış, vizual olaraq hər gün bütün kabel, kanalizasiya qurğularına nəzarət etmiş, yeraltı telefon quyusunun qapaqlarının dayanıqlı olmasına cavabdehliyi o daşımışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərardan görünür ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Ultel MMC-də Xətt qurğularının istismarı bölməsinin rəhbəri işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan vəzifəli şəxs Şəxs (AZE-********; FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Xətai rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X2 27 iyul 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 60-C-2024 nömrəli material üzrə X5 və Şəxs əməllərində Azərbaycan Respublikası CM- nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığı üçün, barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 şəxsin 152 nömrəli 30 aprel 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, vətəndaş X1 baldırın əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 16 iyul 2024-cü il tarixli 3-16- 16/2-10/5372 nömrəli ekspert rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları. Kanalizasiya. Xarici şəbəkələr və strukturlar. DÜST 2.04.03- 85»-nin 4.14 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 137 ünvanında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə quraşdırılmış rabitə qurğularının baxış quyusunun birləşmə yerlərinin saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, «Tikinti norma və qaydaları. Kanalizasiya. Xarici şəbəkələr və strukturlar. DÜST 2.04.03-85»-nin 4.14 bəndinin tələbləri hadisə baş vermiş rabitə quyusunun istismarını həyata keçirən təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən pozulması nəticəsində X4 22 yanvar 2024-cü il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 137 ünvanında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə hərəkət edərkən orada quraşdırılan telefon quyusuna (lyuka) düşməsi nəticəsində xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3465/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3465/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver