Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3470/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 02 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 02 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, ona heç bir polis əməkdaşı yaxınlaşmadığı halda barəsində inzibati xəta haqqında protokol qəbul edilmişdir. Polisə müraciət etməyinə baxmayaraq heç bir görüntü təqdim olunmayıb. İddia olunur ki, o, xx.xx.2025-ci il tarixdə qayda pozuntusu törətmişdir və bu pozuntu nəticəsində tətbiq olunmuş 100 AZN dəyərindəki inzibati cəriməni ödəməyi tələb edirlər. Həmçinin qayda pozuntusunun kameralar vasitəsilə aşkar olunduğunu söyləmişlər, ancaq kamera vasitəsilə müəyyən olunsaydı elektron qərar tərtib olunmalıdır. Odur ki, barəsində tərtib olunmuş 02 may 2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, inzibati tənbeh vermə haqqında qərarın müddəti ötürməklə tərtib edildiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq video görüntü təqdim olunmadığını bildirmişdir və barəsində qəbul edilmiş TP ******* nömrəli, 02 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin onun tərəfindən tərtib edilmiş etirazda göstərilmişdir ki, barəsində qərar çıxarılmış X4 26 fevral 2025-ci il tarixində saat 15:09-radələrində idarə etdiyi HYUNDAİ ACCENT minik markalı avtomobillə Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsində qoşa bütöv xətti yəni 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq qarşıda sıxlıq olduğundan geriyə dönərək hərəkətini davam etdirərək qayda pozuntsuna yol vermişdir. Həmin qayda pozuntusunu ərazidə piyada xidmət aparan YPX inspektoru aşkar etmiş lakin sürücünü saxlaya bilmədiyindən raport yazaraq bu barədə yuxarı vəzifəli şəxsə məlumat vermişdir. Raport əsasında başlanmış araşdırma zamanı YPX inspektorunun dedikləri təsdiqini tapdığından Nəvai Zülfüqarlı barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan sənədlər və DİN Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasında qeydə alınmış və arxivləşdirilmişdir görüntü məhkəməyə təqdim edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq X3 şikayətinin təmin edilməməsini onun barəsində olan TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarın qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon DYPŞ-nin TP ******* nömrəli, 02 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 26 fevral 2025-ci il tarixdə, saat 15:09-da “HYUNDAİ ACCENT” minik markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə qaydalarını pozmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Xətai rayon DYPŞ-nin TP ******* nömrəli, 02 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai rayon DYPŞ-nin TP ******* nömrəli, 02 may 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3470/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3470/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver