Məhkəmə qərarları › İş №3(011)-3473/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3473/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3473/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənova Aygün Namiq qızı, X1 barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edib icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Həmçinin, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta Gəncə şəhəri, ünvan 1 ünvanında baş vermiş, lakin şikayətçi işin Xətai Rayon Məhkəməsində baxılmasına dair hər hansı vəsatəti məhkəməyə təqdim etməmişdir. Belə ki, şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 40 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına, həmçinin şikayətə hazırkı məhkəmədə baxılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar