Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3476/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Republikası Mərkəzi Bankı EP №0255069 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair barəsində 144539,30 rusiya rublunun manat ekvivalentinə uyğun olaraq inzibati tənbəh tətbiq edərək cərimələnmişdir. Fərdi sahibkar İMANLİ İLQAR NURƏDDİN OĞLU (VÖEN:**********) **********6013 sorğu nömrəli gömrük bəyannaməsi əsasında malları 2 il içində idxal etmişəm, lakin təssüflər olsun ki, bəyannamənin yalnış tərtib edilməsi səbəbindən "xxxx" ASC Ticaret filialinda AZ92AİİB410500E**********221 usd hesabından köçürülmüş məbləği texniki baxımdan müvafiq icra orqanının sistemindən bağlamaq mümkün olmamışdır. Bununla ələqəda olaraq Gömrük Komitəsi və onun struktura daxil olan müvafiq quruma aidiyyatı düzəlişin edilməsi ilə bağlı müraciət edilmişdir. Qeyd edir ki, **********6013 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş malların heç bir ödənişə bağlanılmaması və bəyannamənin açıq olmasını Mərkəzi Bank təsdiq edə bilər. Təəssüflər olsun ki, bəyannamədə köçürülmuş məbləğ ilə bağlı müqavilələrin fərqli olması səbəbindən "xxxx" ASC texniki baxımdan sistemdə bağlaya bilmədiyindən, inzibati xəta törətməyim təsuratı yaranmışdır. Lakin qeyd etdiyi kimi köçürülən məbləğ **********6013 sorğu nömrəli gömrük bəyannaməsi əsasında Azərbaycan respublikasına idxal edilmişdir. Hər bir halda cəmiyyətmiz köçürdüyü avans üzrə malları idxal etmişəm və Mərkəzi bank tərəfindən 02 aprel 2025-ci il EP ******* saylı protokol tərtib olunmasına səbəbin texniki səhflər üzündən qaynaqlandığını bildirmək istəyir. Azərbaycan Respublikasının Mərkəzi Bankı və ölkəmizdə fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları Gömrük Komitəsinin https://e.customs.gov.az/ internet elektron portalı vasitəsi ilə avans yolu ilə ödənilmiş valyuta vəsaiti barədə qeydlər aparılır və bu portal vasitəsi ilə xaricə pul köçürülmələr izlənilir. İki il müddəti keçdikdən sonra hər hansı avans yolu ilə ödənilmiş valyuta vəsaiti bank və ya bank olmayan kredit təşkilatı tərəfindən portalda bağlanıla bilinmədiyi üçün onlar 5 iş günü müddətində bu barədə Mərkəzi Banka məktub yazır və pul köçülməsini həyata keçirən yalnız bu Məcələ ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcələ ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir (8.1-ci maddə). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2-ci maddə). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həl edilir (8.3-cü maddə). Həmin Məcələnin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. AR Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 38.1 və 430.4cümaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.20219-cu il tarixli Qərarında göstərilmişdir ki, Məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcələnin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Göründüyü kimi baş vermiş inzibati xətada mənim təqsirim yoxdur və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilən halları nəzərə alaraq Sizdən xahiş edirəm, Mərkəzi Bankın EP №0255069 saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, işi özü araşdırmışdır. X5 1445393,00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1445393,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bu səbəbdən barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Müqavilələrdəki göstərilən məbləğ idxal edilən mallarla üst-üstə düşmür. Heç bir texniki xəta baş verməmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2023-cü il tarixdə sahibkarlıq fəaliyyətinə yeni başlamışdı. Rusiyadan parfumeriya vasitələri gətirməklə məşğul olurdu. Birinci müqavilə üzrə Rusiya bankına ödəniş olmuş, lakin sonradan bildirmişlər ki, valyuta yoxlanması var və bu səbəbdən müqavilə dəyişdirilməlidir. Bundan sonra müqavilə dəyişdirilmişdir. Həmin məbləğ birinci müqaviləyə əsasən ödənilmişdir. Gömrük Komitəsi tərəfindən invoysa müsbət rəy verilmişdir. Məbləğ hissə-hissə ödənilmiş, lakin Azərbaycan Respublikasının Mərkəzi Bankında açıq kimi qalmışdır. Bundan sonradan xəbəri olmuşdur. Texniki səhvin necə yarandığından xəbəri olmamışdır. Şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 1445393,00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1445393,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X5 tərəfindən arxivləşmiş YGB-yə düzəliş edilməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, fərdi sahibkar İMANLİ İLQAR NURƏDDİN OĞLU (VÖEN: **********) **********6013 sorğu nömrəli gömrük bəyannaməsi əsasında mallar idxal etmiş və Mərkəzi Bank tərəfində barəsində açılmış inzibati xəta üzrə icra xitam edilməsi üçün mütləq gömrük bəyannaməsinin 44-cü qrafasında 8001 kodu ilə 02 fevral 2023-cü il tarixli 02 nömrəli proforma invoysun bəyannaməyə düzəliş edilərək əlavə edilməsi zərurəti yaranmışdır. Yazıb Sizdən xahiş edirik ki, **********6013 sorğu nömrəli gömrük bəyannaməsinə avans ödənişlərinin Mərkəzi Bank tərəfindən bağlanılması üçün VAİS-də 44-cü qrafasına 8001 kodu ilə 02 fevral 2023cü il tarixli 02 nömrəli proforma invoysun əlavə edilərək müvafiq düzəlişin edilməsinə yardımçı olmasını xahiş edir. Hal- hazırda barəsində inzibati xəta üzrə icraat aparılır və müvafiq dəyişiklik olmadıqda cərimə ediləcəyi qaçınılmazdır. Bununla bağlı köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli, +221OCT42303406A nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 03 fevral 2023-cü il tarixdə saat 00:00-da 1445393,21 Rusiya rublu məbləğində vəsait ölkə xaricinə köçürülmüş və X4 adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan **********6013 sorğu nömrəli gömrük bəyannaməsi və ona əlavələrdən görünür ki, müxtəlif vaxtlarda, müxtəlif qiymətdə və müxtəlif miqdarda mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Mərkəzi X6 07 dekabr 2016-cı il tarixli 45/1 saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 tərəfindən 1445393,00 Rusiya rublu məbləğində vəsait xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və 2 il müddət keçsə də, 1445393,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. X2 tərəfindən 1445393,00 Rusiya rublu məbləğində pul vəsaiti hesabına alınmış mallar ölkəyə idxal olunmasına dair hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3476/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3476/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver