Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3479/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ultramed” Tibb mərkəzində keçirilən 05 iyul 2024-cü il tarixdə, saat 14:21-də plandankənar yoxlama zamanı lisenziya olmadan tibbi fəaliyyəti ilə məşğul olmaları faktı aşkar edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi gəlməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol İnzibati tərtib edilmişdir. Protokol tərtib edilərkən müəssisənin lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması əsas gətirilmişdir. Protokol Şəxs qanuni nümayəndəsi X2 tərəfindən imzalanmışdır. Şəxs rəhbərliyi Vergilər Nazirliyinə xx.xx.2024-cü il tarixdə müraciət edərək xx.xx.2024-cü il tarixdən fəaliyyətinin dayandırıldığını bildirmiş və Vergilər Nazirliyi tərəfindən həmin tarixdən xx.xx.2024-cü il tarixdək dayandırılması təmin edilmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən yenidən müraciət əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək dayandırlması təmin edilmiş və xx.xx.2024-cü il tarixdən etibarən Şəxs fəaliyyəti qeyri-müəyyən müddətə qədər dayandırılmışdır. Göstərilən müddət ərzində Şəxs həkim heyətinin əmək fəaliyyətlərinə xitam verilmişdir. Yəni həmin müddət ərzində müəssisədə fəlaliyyət göstərən əməkdaş mövcud olmamışdır. X2 protokolda göstərildiyi kimi Şəxs qanunu nümayəndəsi vəzifəsini icra etməmişdir. 05 iyul 2024-cü il tarixdə Şəxsndə təmir işləri aparıldığndan orada xəstə qəbulu və tibbi xidmət göstərilməsi qeyri-mümkün olmuşdur. X2 oraya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza şöbəsinin əməkdaşları tərəfindən dəvət edilmiş və müsəsisəyə baxış keçirildikdən və faktiki olaraq orada fəaliyyət və heç bir xidmət göstərilmədiyi müəyyən olunduqdan sonra mətbuatda dərc olunmuş məlumatla əlaqədar xəbərdarlıq xarakterli protokol tərtib ediləcəyi bildirilmiş, gələcəkdə tibbi fəlaiyyət göstərəcəkləri və Səhiyyə Nazirliyi ilə qarşılıqlı fəlaiyyət göstərmələri nəzərə alınaraq münasibətləri pozmamaq xətrinə protoklol Aynurə Rüstəmova tərəfindən imzalanmışdır. X3 protokolun nəticələri izah edilməmiş və həmin protokolla bağlı yüksək məbləğdə cərimə nəzərdə tutulduğu izah edilməmişdir. Protokola əlavə edilmiş qoşmalarda göstərilən “pasiyent” adlandırılan şəxslər Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə müəssisəyə daxil olmuş, protokola əlavə edilmiş xəstələrə göstəriş və reseptlər müəssisə əməkdaşları tərəfindən yazılmamış, analizlərin tarixi köhnə tarixədir ki, həqiqiliyi şübhə doğurur. Yoxlama aktından da göründüyü kimi, yoxlama plandankənar baş vermişdir. Bu səbəbdən hesab edir ki, tərtb edilmiş protokol tam əsassız və qanunsuz olduğundan xitam olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 05 iyul 2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ultramed” Tibb mərkəzində keçirilən 05 iyul 2024-cü il tarixdə, saat 14:21-də plandankənar yoxlama zamanı lisenziya olmadan tibbi fəaliyyəti ilə məşğul olmaları faktı aşkar edilmiş,nəticədə Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 413 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, X4, X5 və X1 iştirakı ilə Şəxs yoxlama keçirilmişdir. Yoxlama zamanı lisenziya olmadan tibbi fəaliyyəti ilə məşğul “Ultramed” Tibb mərkəzində faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 04 iyul 2024-cü il tarixli, 3-28-1/3-2-749/2024 nömrəli qərardan görünür ki, Şəxs akı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 55(Amal 2015 yaşayış kompleksi) ünvanında yerləşən müəssisədə plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyri-müəyyən yerdə olan pasiyentlər olaraq qeyd edilmiş insanlar, üzərində “Ultramed Clinic” yazısı olan xx.xx.2024cü il tarixə aid olan müayinə vərəqələri, tibbi aparatlar və tullantılar vardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X6 və Uçotun Təşkili idarəsi tərəfindən Şəxsnə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli ərizəyə əsasən fəaliyyət xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Şəxs nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubların surətlərindən görünür ki, işçilərin əmək müqavilələrinə xitam verilmiş və onlarla olan son haqq-hesabın ödənilməsi qərara alınmışdır. Həmin məktublarından görünür ki, sonuncu işçinin əmək müqaviləsinə xitam verilməsi 05 iyun 2024-cü il tarixi əhatə edir. 12 mart 2016-cı il tarixli, №089052 saylı lisenziyadan görünür ki, Şəxsnə ünvan 2 ünvanında özəl tibb fəaliyyətini həyata keçirməyə imkan verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2 cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən lisenziya olmadan tibbi fəaliyyəti ilə məşğul olması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göründüyü kimi, protokolu tərtib etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmamışdır. Belə ki, qəbul edilmiş 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol 05 iyul 2024-cü il tarixində tərtib edilmiş olsa da, məhkəməyə təqdim edilmiş məktubların surətindən görünür ki, Şəxs fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət etmiş və fəaliyyətinin dayandırılması ilə bağlı cavablar almışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokola sübut qismində əlavə edilmiş üzərində pasiyentlər yazısı olan şəkillərdə həmin pasiyentlər kimi qeyd edilmiş şəxslərin barəsində inzibati protokol tərtib edilən hüquqi şəxsə məxsus klinikada müalicə alıb-almamaları müəyyən edilməmiş, onların şəxsiyyəti müəyyən olunmayaraq izahatları alınmamış, həmçinin şəkillərin xx.xx.2024-cü il tarixdə çəkilməsi qeyri-müəyyən olunmuşdur. Həmçinin təqdim edilmiş analiz nəticələri də, köhnə tarixə aiddir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3479/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3479/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver