Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3482/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialını araşdıraraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə olunmuş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 15:59-da “Mercedes Benz E220 CDİ minik” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2103/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməklə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, X1 barəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2103/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən ləğv edildiyindən və yenidən araşdırmaya göndərildiyindən şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3482/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3482/2022
20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver