Məhkəmə qərarları › İş №3(011)-3487/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3487/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3487/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş X6 İdarəsinin 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, barəsində qəbul olunan xx.xx.2024-ci il tarixli, İXP ******* saylı inzibati qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1224/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ***-***-**-** nömrəsindən ona zəng edərək özünü Fuad adlı polis mayoru kimi təqdim edən şəxs ona bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ** BH *** nömrəli avtomobil ilə yol hərəkəti qaydasını pozmuşdur. Daha sonra isə maşını saxladığı yerin şəklini ona “Whatsapp” vasitəsilə göndərmişdir. Həmin şəxslə yenidən əlaqə saxlayıb özünə də izah etmişdir ki, “mən avtomobili həmin yerdə saxlamaqla hər hansı qayda pozmamışam, həmin yerdə dayanma və durma qaydasının qadağan olunması ilə bağlı hər hansı qadağa yoxdur”. Lakin sonradan elektron informasiya sisteminə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi əsasında İXP ******* saylı protokolun əlavə olunması ilə bağlı ona SMS bildiriş gəlmişdir. Elə həmin gün Asan pay elektron sistemi, e-polis mobil tətbiqi vasitəsilə və Elektron ünvan mail ünvanına şikayət yazıb göndərmişdir. Hətta 3 gün sonra Elektron ünvan mail ünvanından onun mail ünvanına cavab yazılaraq bildirilmişdir ki, “müraciətinizin qeydə alınması üçün şəxsi məlumatlarınızı tam qeyd etməyiniz xahiş olunur”. Məlumatları qeyd edib göndərmişdir. Lakin sonradan müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən yenidən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinə barəsində əsassız və qanunsuz şəkildə tərtib olunan İXP ******* saylı protokol üzrə inzibati cərimənin silinməsi və yekun inzibati qərarın ona təqdim olunması üçün yenidən müraciət etmişdir. Daxili İşlər Nazirliyi və Baş X6 İdarəsi tərəfindən onun müraciətlərinə heç bir cavab verilməmişdir. xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobili işlədiyi müəssisənin qarşısında saxlamışdır. Həmin yerdə nəqliyyat vasitəsinin durmasını qadağan edən hər hansı bir nişan yoxdur və işlədiyi müəssisənin bütün avtomobil idarə edən əməkdaşları və digər sürücülər həmin yerdə avtomobili parklanma edirlər. Həmin yer yolun hərəkət hissəsindən kənarda olduğuna görə digər nəqliyyat vasitələrinə də heç bir maneə yaratmır. Belə ki, xx.xx.2025-ci il tarixdə və ondan sonrakı günlərdə də həmin yerdə nəqliyyat vasitələri parklanma edilib və heç bir nəqliyyat vasitəsinə inzibati cərimə yazılmamışdır. Hesab edir ki, həmin yerdə avtomobilin park edilməsi qanunvericiliyin tələblərini pozsa belə polis əməkdaşının onun barəsində cərimə tətbiq olunması ilə bağlı qəbul olunmuş qərarı qanunsuzdur. Yol hərəkəti əleyhinə qayda xx.xx.2025-ci il tarixdə pozulmuş və həmin qayda pozuntusu barədə məlumatlar 21 gün sonra xx.xx.2025-ci il tarixdə müvafiq informasiya siteminə daxil edilmişdir, elə bu səbəbdən də həmin inzibati qərar qanunsuzdur. Göründüyü kimi, barəsində tərtib olunan İXP ******* saylı protokol əsasında qəbul olunmuş inzibati qərar qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin qərar məhkəmə tərəfindən ləğv olunmalıdır. Yuxarıda qeyd olunanlardan açıq aşkar görünür ki, vətəndaş olaraq onun konstitusion hüquqları X6 əməkdaşları tərəfindən pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “E-Polis” elektron xidmətlər portalından əldə olunmuş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 08:26-da Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsində “Toyota Corolla minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Sürücünün şəxsi kabinetindən əldə olunmuş çıxarışdan görünür ki, X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə şəxsi kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2025-ci il tarixdə, saat 08:26-da Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsində “Toyota Corolla minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması və ya durması göstərilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən 40 (qırx) manat manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin 04 mart 2025-ci il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında protokol və qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və hadisədən xeyli müddət keçdikdən sonra onun şəxsi kabinetinə yerləşdirilmişdir. Qərarın hadisənin törədilməsi vaxtından xeyli müddət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş 25 mart 2025ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.5-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 25 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar