Məhkəmə qərarları › İş №3(011)-3497/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3497/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3497/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan müəyyən olur ki,, Şəxs 21 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində “Khazar SD” markalı **-PY-*** dövlət nömrə nişanlı avtomobillə saatda 60-70 km surətlə Xətai rayonu 8 Noyabr prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı qadağanedici işığında dayanmış vəziyyətdə olan X2 idarə etdiyi “Ford Fusion” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Mercedes Benz C270” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər və həmin avtomobildə sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru polis kapitanı Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 02 sentyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs və Zərərçəkmiş şəxs2 məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 21 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Ford Fusion” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu 8 Noyabr prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı qadağanedici işığında dayandığı zaman “Khazar SD” markalı **-PY-*** dövlət nömrə nişanlı avtomobil arxa hissədən onun avtomobilini vurmuşdur. Hadisə nəticəsində özü və sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına zərər dəymişdir. Şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyev tərəfindən qəbul edilmiş 11 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Təcrübi və Tədris Birliyinin 78/2021 saylı 05.08.2021-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarət – baş-beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 21.07.2021-ci il tarixdə avtombil vurması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan X2 ərizəsindən görünür ki, Şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir.Zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır. İş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tədbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar