Məhkəmə qərarları › İş №3(011)-3498/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3498/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3498/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1986-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 26.07.2021-ci il tarixdə saat təxminən 01:15 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qırmızı işıqda gözləmədən hərəkətdə olan zaman sağ tərəfdən yaşıl işıqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Nəticədə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 06 sentyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 26.07.2021-ci il tarixdə saat təxminən 01:15 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qırmızı işıqda gözləmədən hərəkətdə olan zaman sağ tərəfdən yaşıl işıqda hərəkətdə olan “Ford Transit” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 26.07.2021-ci il tarixdə saat təxminən 01:15 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində qırmızı işıqda gözləmədən hərəkətdə olan zaman onun idarə etdiyi “Ford Transit” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Nəticədə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Hal-hazırda Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmamısını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayev tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 709 saylı 30.07.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst çənədə soldan 1 dişin travmatik sınığı bərk küt əşyanın (əşyaların) təsirində törənmişlər, qərarın təsviri hissəsində göstərilən 26.07.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur . Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı, zərərçəkmiş şəxslə barışması müəyyən edilmiş, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar