Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3498/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və Dağ-mədən X4 etibarnamə üzrə nümayəndəsi X5, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və Dağ-mədən X2 daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X7 Agentliyi tərəfindən 12 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs Şəxsnə məxsus təhlükəli yük daşıyan MAN TGA 18.440 markalı **-JF-*** dövlət qeydiyyat nömrəli dartıcı və TUNCAY İŞ TİDİV markalı **-ZK-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinin şəhadətnaməsinin və daşıma marşrutunun etibarlılıq müddəti 06 iyun 2024-cü il tarixdə bitmişdir. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi X9 bildirmişdir ki, "xxxx" MMC Heydər Əliyev adına X11 bitum daşıyan zaman **-JF-*** dövlət qeydiyyat nişanlı dartıcı və **-ZK-*** dövlət qeydiyyat nömrəli yarımqoşqunun şəhadətnamə və marşrut müddətinin 06 iyun 2024-cü il tarixdə bitməsinə baxmayaraq təhlükəli yük daşıması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolun əsaslı olduğunu bildirmiş, Şəxs MMC barəsində tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi bildirmişdir ki, şəhadətnamənin etibarlılıq müddəti 06 iyun tarixində bitmiş və növbəti ay müraciət edilərək uzadılmışdır. Yoxlama isə həmin tarixlər arasında həyata keçirilmişdir. X14 İdarəsi ilə birlikdə reyd keçirilməli olduğu halda reyd zamanı qanunvericiliyin bu tələbi pozulmuşdur. Reyd zamanı nəqliyyat vasitəsinin yüklü olmasını sübut edən videogörüntü və ya hal şahidlərinin ifadəsi iş materiallarına əlavə edilməmişdir. Şəhadətnamə və marşrutunun etibarlılıq müddəti bitdikdə nəqliyyat vasitəsinin idarə olunmasının qadağan olunmadığını, təhlükəli yükün daşınmasının qadağan olunduğunu bildirmiş, həmin müddətdə isə nəqliyyat vasitəsinin idarə olunduğunu, ancaq təhlükəli yükün daşınmadığını qeyd etmişdir.Göründüyü kimi müddət bitdiyinə görə sadəcə gümana əsaslanaraq protokol tərtib edilmişdir.Eyni zamanda nazirliyin bu yükün daşınmasını təsdiq edən sübutunun olmadığını qeyd etmişdir. İnzibati xəta haqqında protokolun heç bir sübuta istinad edilmədən qərəzli olaraq tərtib olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sənayedə X3 və Dağ-Mədən X4 müfəttişlik rəisi Üzeyir Sadıqovun, müfəttişlik rəisi Eltun Həsənovun, baş məsləhətçi, baş müfəttiş Sərxan İlyasovun, baş məsləhətçi, baş müfəttiş Polad Həsənovun və məsləhətçi müfəttiş İlqar Əliyevin imza edərək təsdiq etdiyi aktdan görünür ki, Şəxs MMC-də aparılan yoxlama zamanı MMC-yə məxsus MAN TGA 18.440 markalı **-JF-*** dövlət nömrə nişanlı dartıcı və TUNCAY İŞ TİDİV markalı **-ZK-*** dövlət nömrə nişanlı yarımqoşqunun nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnaənin və hərəkət marşrutunun 06 iyun 2024-cü il tarixdə etibarlılıq müddətinin bitməsinə baxmayaraq təhlükəli yük daşıma fəaliyyənin davam etdirilməsi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” şəhadətnamədən görünür ki, şəhadətnamə 06 iyun 2024-cü il tarixədək etibarlıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hərəkət marşrutundan görünür ki, xx.xx.2024-cü il tarixədək etibarlıdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında yeni şəhadətnamədən görünür ki, şəhadətnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək etibarlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamənin və hərəkət marşrutunun etibarlılıq müddəti bitdikdən sonra müraciət edilmiş, xx.xx.2024-cü il tarixdə şəhadətnamə və hərəkət marşrutunun müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır və şəhadətnamə və hərəkət marşrutunun etibarlı olmadığı müddətdə təhlükəli yükün daşınmasını təsdiq edən videogörüntü və ya digər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsinə əsasən nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamənin və hərəkət marşrutunun etibarlılıq müddəti bitdikdən sonra hər hansı təhlükəli yükün daşınması sübuta yetirilməmişdir. Buna görə də hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3498/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3498/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver