Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-350/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 etibarnamə üzrə nümayəndəsi X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli BNA seriyalı ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 14.11.2021-ci il tarixli BNA seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 14.11.2021-ci il tarixli BNA seriyalı ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək, 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan zərfdən görünür ki, 14.11.2021-ci il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar 14.12.2021-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən X1 yaşadığı ünvan 1 ünvanına göndərilmişdir, lakin buna baxmayaraq şikayətçinin ərizəsi məhkəməyə 07.02.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 14.11.2021-ci il tarixli BNA seriyalı ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən, həmçinin şikayətçinin nümayəndəsi tərəfindən şikayət ərizəsi imzalanmadığından şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 etibarnamə üzrə nümayəndəsi X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14.11.2021-ci il tarixli BNA seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-350/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-350/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver