Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3500/2021 04.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 04 avqust 1986-cı il tarixdə Yardımlı rayonunun Qabağdibi kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsinin DYPŞ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 31 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, 16 mart 2021-ci il tarixdə saat təxminən 18:50 radələrində idarə etdiyi Kia Optima markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Y.Səfərov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu soldan sağa sərxoş halda keçən piyada X2 vurulması və yüngül xəsarət alması ilə nəticələnən hadisə baş vermişdir. Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun 07 iyul 2021ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən cinayat işinin başlanılması rədd edilmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməyi üçün toplanmış materialın surətinin Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan 30 sentyabr 2021-ci il tarixdə Xətai rayon Məhkəməsində işə baxılan zaman məlumatı olmuş və qərar həmin gün əldə edilmişdir. İş üzrə verdiyi izahatda hadisədə özümü təqsirli bilmədiyi, piyada X2 yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu, "Lalələr" parkının qarşısında altı zolaqlı avtomobil yolunu piyadalar üçün yerüstü piyada keçidi salındığı halda eyni istiqamətdə ondan sol tərəfdə hərəkətdə olan və idarə etdiyi nəqliyyat vasitəsinə müqayisədə daha iri və hündür olan "BakuBus" avtobusunun qarşısından qəflətən keçib qarşısına çıxdığından hadisə anına qədər onu görmədiyini, bu səbəbdən hadisənin qarşısını almağa heç bir texniki imkanının olmadığını bildirmişdir. Həmçinin hadisə vaxtı piyada X1 halda olduğunu, buna hadisə yerində olan polis əməkdaşının da şahid olduğunu və bunun şəxsin hadisə günü onun narkoloji müayinədən keçirilməklə təsdiq olunduğunu bildirmişdir. Belə ki, iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2021-ci il tarixli 8/1599 nömrəli ekspertiza rəyindən görünür ki, onun hərkətlərində Yol hərəkəti haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin ekspertiza rəyi 27 iyul 2021-ci il tarixdə verilmiş və Xətai RPl-nə 06 avqust 2021-ci il tarixdə daxil olmuşdur. Təhqiqatçı tərəfindən isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar 07 iyul 2021-ci il tarixdə, yəni rəy verilməmişdən iyirmi gün əvvəl artıq qərar qəbul edilmişdir. Ekspertiza rəyi formal xarakter daşıyır, belə ki, ekspert hadisənin baş vermə mexanizmini qiymətləndirmədən, piyadanın avtobusun qarşısından qəflətən yola qaçmasını, onun spirtli içkili olmasını nəzərə almadan rəy vermişdir. Həmin qərardan şikayət verdiyini, qərarı və ekspert rəyini mübahisələndirdiyini, razı olmadığını, iş üzrə yol nəqliyyat hadisələri ekspertizasının düzgün keçirilmədiyini qeyd edərək inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Səlahiyyətli orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsininvə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda sadalanan qanunun tələbləri rəhbər tutaraq qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, imzalamaqdan imtina edildiyi halda bu barədə protokolda hər hansı qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı göstərilməmiş, eyni zamanda «protokolun surətini aldım» qrafası doldurulmamış, yəni protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Bundan əlavə, inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 iyul 2021-ci il tarixli qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayət vermişdir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin orqana geri qaytarılsın. Sədrlik edən: Cavid Hüseyn 3 Qərardad, məktub, reyestr, məktub, reyestr. 31 – 37 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Cəmi: __ 37___ vərəq Məhkəmə iclas katibi ________________ İMZA
Məhkəmə qərarları › İş №3(011)-3500/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3500/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver