Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3504/2024 15.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X2, şikayətçi X1 etibarnamə üzrə nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "xxxx" MMM-nin direktoru X1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-15017/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hüquqi şəxs "xxxx" MMM-nin direktoru X1 nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DƏMX-nin BŞİ-nin rəis müavini X5 tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs, "xxxx" MMM-nin direktoru X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3504/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MMM-nin direktoru X1 nümayəndəsi Nümayəndə şikayəti təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 12 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-3504/2024 nömrəli qərarı və 14.08 2024-cü il tarixli, 3(011)-3504/2024 nömrəli qərardadı ləğv edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DƏMX-nin BŞİ-nin rəis müavini X5 tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs, "xxxx" MMM-nin direktoru X6 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən İcbari Sığortası tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2024-cü il tarixdən AR ƏM-nin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari siğortalanması təmin olunmamışdır. İnzibati protokol hüquqi şəxsin hüquqi ünvanında tərtib edilmişdir. Bunun nəticəsində qeyd olunan qərar əsasında hüquqlarını müdafiə etdiyi şəxs, “İNARƏ’’ MMM-nin direktoru X3 1500 (bir min beş yüz) manat cərimə tətbiq edilmişdir. Qeyd olunan qərardan tərəflərindən yuxarı səlahiyyətli orqana şikayət verilmiş və yuxarı səlahiyyətli orqanın xx.xx.2024-cü il tarixli, 3-17/1- 15017/2024 saylı qərarı əsasında şikayət təmin olunmamışdır. Həmin qərar tərəflərinə poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Qeyd olunan işdə inzibati xəta tərkibi yoxdur. Müvafiq protokol tərtib olunan zaman İXM-nin 469.2-ci maddəsi ilə bağlı inzibati xəta tərkibi olmamışdır. Belə ki, tərəflərindən xx.xx.2024-cü il tarixdə “X10 şirkəti” ASC ilə QH********** saylı sığorta müqaviləsi bağlanmış və xx.xx.2024-cü il tarixdə 1587.24 manat ödəniş edilmişdir. Ancaq səlahiyyətli orqan tərəfindən müvafiq protokol isə xx.xx.2024-cü il tarixdə tərəfin iştirakı olmadan əsassız olaraq tərtib olunmuşdur. Yəni protokol tərtib olunan zaman İXM-nin 469.2-ci maddəsinin tərkibini yaradan pozuntu olmamışdır. Müvafiq səlahiyyətli orqan tərəfindən lXM-nin 127-4.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, "xxxx" MMM-nin barəsində tərtib edilmiş protokolda icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumat əsasında tərtib edildiyi göstərilsə də, həmin məlumatın ötürülməsini əks etdirən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə əsasən elektron sənəd şəklində hüquqi şəxs barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunmalı olduğu halda bu qaydaya riayət edilməmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-2093 saylı qətnaməsinə əsasən hüquqi şəxs barəsində inzibati icraata xitam verilmişdir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, "xxxx" MMM-nin barəsində tərtib edilmiş protokolda icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumat əsasında tərtib edildiyi göstərilsə də, həmin məlumatın ötürülməsini əks etdirən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, lXM-nin 127-4.1-ci madcəsinin tələblərinə əsasən elektron sənəd şəklində hüquqi şəxs barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunmalı olduğu halda bu qaydaya riayət edilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx"xxxx"xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, QH********** saylı sığorta müqaviləsindən və xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaları təmin edilmiş və xx.xx.2024-cü il tarixdə ümumilikdə 1587.24 manat məbləğində sığorta ödənişi edilmiş, lakin inzibati xəta haqqında protokol sığorta müqaviləsi bağlandıqdan sonra, yəni 30 may 2024-cü il tarixdə tərtib edilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMM-nin barəsində tərtib edilmiş 30 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında şikayətçi "xxxx" MMM-nin direktoru X1 nümayəndəsi Nümayəndə məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-15017/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X6 tərəfindən İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən "xxxx" MMMdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanma təmin edilməmişdir. Bununlada hüquqi şəxs "xxxx" MMM tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, o, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqi şəxs "xxxx"xxxx"xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, QH********** saylı sığorta müqaviləsinə əlavədən və ödəniş qəbzindən görünür ki, işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaları təmin edilmiş və xx.xx.2024-cü il tarixdə ümumilikdə 1587.24 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 tərəfindən İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası ƏM-nin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-15017/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2693/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMM-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1882/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin "xxxx" MMM-nin barəsində İXM-in 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 30 iyul 2024-cü il tarixli, 3(011)-2693/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. 81-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən X1 İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası ƏM-nin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 1500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Daha sonra şikayətçi X6 yuxarı səlahiyyətli orqana həmin qərarın ləğvi ilə bağlı müraciət etmiş və nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17/1- 15017/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında qərar tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxs "xxxx" MMM-nin direktoru X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda məlumatın icbari sığorta bürosu tərəfindən ötürülməsi göstərilsə də, həmin məlumatın ötürülməsini əks etdirən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, İXM-nin 127- 4.1-ci maddəsinin tələblərinə əsasən elektron sənəd şəklində vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar tərtib olunmalı olduğu halda bu qaydaya riayət edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, hüquqi şəxs "xxxx" MMM-nin direktoru X1 nümayəndəsi Nümayəndə tərəfindən şikayət ərizəsinə əlavə olunmuş hüquqi şəxs "xxxx"xxxx"xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, QH********** saylı sığorta müqaviləsinə əlavədən və ödəniş qəbzindən görünür ki, işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaları təmin edilmiş və xx.xx.2024-cü il tarixdə ümumilikdə 1587.24 manat məbləğində sığorta ödənişi edilmişdir, lakin inzibati tənbeh vermə haqqında qərar sığorta müqaviləsi bağlandıqdan sonra, yəni 12 iyun 2024-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMM-nin direktoru X1 nümayəndəsi Nümayəndə şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-15017/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMM-nin direktoru X1 nümayəndəsi Nümayəndə şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17/1-15017/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və şəxsin təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3504/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3504/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver