Məhkəmə qərarları › İş №3(011)-3506/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3506/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3506/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə rəisi Sadiq Sultanzadə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1, 535.1 və 157-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-460/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən MN ******* nömrəli, 20 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 16 oktyabr 2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, 02 mart 2022-ci il tarixdə Şəxs ünvan 2 ünvanında Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən MN ******* nömrəli, 16 oktyabr 2022-ci il tarixli və MN ******* nömrəli, 17 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-460/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, 22 oktyabr 2020-ci il təvəllüdlü X1 Emil Ağasahib oğlundan alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o, icra sənədinin icra edilməsindən imtina edərək, qərəzli olaraq yayınmışdır. Lakin, hal-hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)- 460/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilmiş və həmçinin Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi Sadiq Sultanzadə izahatında göstərdi ki, 16 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, 16 oktyabr 2022-ci il tarixdə Xətai rayonu, Polad Həşimov küçəsi ilə hərəkətdə olan zaman Şəxs məxsus olan avtomaşın saxlanımış və daha sonra ona məhkəmənin qərarı ilə onun məhkəməyə məcburi gətirilməsi barədə qərar ilə tanış etdik. Lakin həmin vaxt Şəxs polis əməkdaşları ilə kobud danışaraq onun nə üçün saxlamasını tələb etmişdir. Daha sonra Şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətirilmiş, şəxsiyyəti müəyyən edilərək, barəsində qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, 02 mart 2022-ci il tarixdə Şəxs yaşadıqları ünvan 2 ünvanında şəxsi ailə münasibətləri zəminində arvadı Zərərçəkmiş şəxs təpik ilə vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-460/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, 22 oktyabr 2020-ci il təvəllüdlü X7 ondan alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Lakin, o, məhkəmə qərarını icra etməkdən imtina edərək, uşağı anası Zərərçəkmiş şəxs verməmişdir. Digər tərəfdən, 16 oktyabr 2022-ci il tarixdə polis əməkdaşlarına heç bir tabesizlik və müqavimət göstərməmişdir. Həmçinin, 02 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvanda mübahisə etmiş, lakin ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X4 bildirdi ki, Şəxs əməlində İXM-nin 528.1, 535.1 və 157-ci maddələrinin tərkibi olmadığından, Şəxs barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 157-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə isə həmin şəxs tənbeh edilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-460/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür, işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, 22 oktyabr 2020-ci il təvəllüdlü X1 Emil Ağasahib oğlundan alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə aid hissədə hesab edir ki, icra sənədində göstərilən tələb təmin edildiyindən və iş üzrə tələbkar icra məmuruna müraciət edərək, icra işi üzrə icraata xitam verilməsini xahiş etdiyindən, İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmçinin, iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinin surətindən görünür ki, 02 mart 2022-ci il tarixdə ünvan 2 ünvanında övladı 22 oktyabr 2020-ci il təvəllüdlü X5 aparmaq istəyərkən, Şəxs onu təpiklə vurmuşdur. İş materiallarında olan Xətai RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı Müşfiq Cəbrayılov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 mart 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin 35-ci Polis Bölməsinin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə münasibətdə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinin tələblərinə görə, həmin hissədə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda, iş materiallarında olan 16 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin, iş materiallarında olan 16 oktyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 16 oktyabr 2022-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnsan Huquqlarının və X3 Haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1 və 157-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 157-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 16 oktyabr 2022-ci il tarixdən, saat 02:00-dan hesablansın. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar