Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3510/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, X7, Hüquqi şəxs Şəxs nümayəndəsi X8 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə 16 avqust 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs tərəfindən hüquqi şəxsin mülkiyyətində olan «Hyundai Sonata» minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmayan şəxsə etibarnamə verilmişdir. Buna görə də hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs nümayəndəsi X12 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati protokol əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsindən bəhs edilir. Maddədə göstərilən “verilməsi” sözü avtomobili hər-hansı sənəd əsasında (yol vərəqəsi, etibarnaə) əsasında verilməsini ehtiva edir. Lakin tərtib edilmiş inzibati protokola Şəxs MMC-nin sorğuya cavabı əlavə edilmişdir. Bu da Şəxs MMC tərəfindən idarəetmə hüququnun verilməsi deyil. Əlavə olaraq bildirir ki, Şəxs MMC şirkətinin fəaliyyət növü avtomobillərin lizinq yolu ilə satışıdır. Protokolda qeyd olunan avtomobil X13 müqaviləsinə əsasən fiziki şəxsə təhvil verilmişdir. Həmin avtomobil üzrə ödəniş cədvəlinə uyğun aparılmaması səbəbindən gecikmə günlərinə uyğun borc hesablanmışdır. Bu səbəbdən də tərəflərindən həmin şəxsə yol vərəqəsi verilməmişdir. Avtomobil hal-hazırda qanunsuz olaraq yol vərəqəsi (etibarnamə) olmadan idarə olunmaqdadır. Eyni zamanda həmin şəxsin kommrsiya məhkəməsinə verilməsi və avtomobilin saxlanılaraq müvafiq duracağa yerləşdirilməsi istiqamətində tərəflərindən tədbirlər görülməkdədir. Qeyd olunanları nəzərə alaraq hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və etibarsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətəri mövcud olmadığından Şəxs MMC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 101-264 nömrəli məktubundan görünür ki, Şəxs MMC barəsində Xətai RPİ DYPŞ-də inzibati icraatın başlanılması barədə Şəxs MMC -yə məlumat verilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X9 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 16 avqust 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən hüquqi şəxsin mülkiyyətində olan «Hyundai Sonata» minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmayan şəxsə etibarnamə verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-yə məxsus “Hyundai Sonata” markalı, KMHEC41CBBA133104 şassi, G4KEAA402021 mühərrik, ** PS *** qeydiyyat nişanlı avtomobil müştəri X10 təhvil verilmişdir. 06/3394/DLİZ saylı, 28 oktyabr 2020-ci il tarixli X13 müqaviləsindən görünür ki, Şəxs MMC ilə X11 arasında “Hyundai Sonata” minik markalı, G4KEAA402021 mühərrikli, KMHEC41CBBA133104 ban nömrəli nəqliyyat vasitəsinə dair lizinq müqaviləsi bağlanmışdır. X6 Şəxs MMC-yə ünvanlanan ərizəsindən görünür ki, o, “Hyundai Sonata” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanışı olan X4 yol vəsiqəsinin (etibarnamə) verilməsinə etiraz etmədiyini bildirmişdir. AB N seriyalı 718282 nömrəli BC dərəcəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 vəsiqəsi xx.xx.2012-ci il tarixdə verilmiş, etibarlılıq müddəti isə xx.xx.2022-ci il tarixədəkdir. İş materiallarında olan məktubdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Xətai rayon DYPŞ-si tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs lizinq fəaliyyəti ilə məşğuldur, hüquqi şəxsin mülkiyyətində olan «Hyundai Sonata» minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X3 dəfə onun sürücülük vəsiqəsinin etibarlılıq müddətində etibarnamə vermiş, daha sonra isə tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə ödənişlər həyata keçirilmədiyindən Şəxs MMC tərəfindən verilmiş etibarnamənin müddəti uzadılmamış və hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə dair axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 335.1-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsi idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Hyundai Sonata” markalı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olan şəxs X4 onun sürücülük vəsiqəsinin etibarlı olduğu müddətdə verilmiş, daha sonra isə tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə ödənişlər həyata keçirilmədiyindən Şəxs MMC tərəfindən verilmiş etibarnamənin müddəti uzadılmamış və hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə dair axtarış elan olunmuşdur. Beləliklə, məhkəmə hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə dair X4 verilmiş etibarnamənin müddətinin uzadılmamasını və həmin nəqliyyat vasitəsinin axtarışı barədə müraciətini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin X2 vəsiqəsinin etibarlılıq müddəti ərzində verdiyi etibarnaməni sürücülük hüququ olmayan şəxsə verilmiş etibarnamə kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3510/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3510/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver