Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-352/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından protest vemə müddəti bərpa olunmaqla icraata xitam verilməsi barədə protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov protestlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun Bakı şəhəri Xətai RPİ-nin 36cı Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından protest vemə müddəti bərpa olunmaqla icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protest onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru polis mayoru Cavid Quliyev raportla Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyevə müraciət edərək xx.xx.2020-ci il tarixdə, saat 18:40 dəqiqədə Xətai RPİ-nin İTŞ-nin rəisi, polis polkovnik-leytenantı Bayram Mirzəyevin çağrışı əsasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 80 saylı ünvanda yerləşən “Şanlı Urfa” restoranın Sanitariya-Gigiyena və Epidemiya əleyhinə qaydalarını pozduğunu və fəaliyyət göstərməsini aşkar etdiyini, qeyd olunan ünvana Xətai RPİ-nin 36-cı PB-nin sahə rəisi, polis mayoru Nofəl Əliyev, sahə inspektoru, polis kapitanı Samir Ağayev və əməliyyat müvəkkili, polis leytenantı Rəhim Yusubovla birlikdə gedildiyini və adı çəkilən restoranın qanunsuz fəaliyyət göstərməsinin müəyyən edildiyini bildirmiş və müvafiq tədbir görülməsi üçün göstəriş verməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 18:30-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Şanlı Urfa” restoranın özbaşına fəaliyyət göstərdiyindən X1 rejim qaydalarını pozduğuna görə Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis mayoru X8 tərəfindən onun barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin tarixdə qeyd olunan protokol əsasında Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyevin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3.000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş X3 şikayəti ilə bağlı Xətai RPİ-nin 36-cı PB-dən materialın rayon prokurorluğuna təcili göndərilməsinə dair dəfələrlə məktubla müraciət edilsə də, inzibati material 1 ay 17 gündən sonra-xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Həmin material rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, X3 barəsində Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev tərəfindən tərtib edilmiş qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyevin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın “qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi” hissəsində Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis mayoru Cavid Quliyev qeyd edilmiş, həmin qərarın “qərarı qəbul edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı” hissəsində isə 36-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Rza Əliyev qeyd edilərək sonuncu tərəfindən imzalanmışdır. Toplanmış inzibati material üzrə X7 tərəfindən konkret olaraq Nazirlər Kabinetinin hansı Qərarının şərtlərinin pozulması qeyd olunmamış və karantin zamanı nə kimi qanunsuz hərəkətlərin həyata keçirməsi qeyd edilməmiş, onun Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində yerləşən “Şanlı Urfa” restoranında nə kimi vəzifədə işləməsinə dair müvafiq sənəd tələb edilərək, materiala əlavə olunmamış, Ş.M.Hüseynov nə qismində (fiziki, vəzifəli və ya hüquqi şəxs) 3.000 manat cərimə edilməsi də bəlli olunmamışdır. Həmçinin, X2 izahat alınsa da inzibati materiala əlavə edilməmişdir. X3 rayon prokurorluğuna daxil olmuş şikayətində və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində yerləşən “Şanlı Urfa” restoranında işləmir. xx xxxxxx 2017-ci il tarixli “icarə müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsi ünvan 2 ünvanda yaşayan X5 məxsusdur və o, həmin qeyri-yaşayış sahəsini Zaqatala rayonu, Uzuntala kəndində qeydiyyatda olan X6 5 il müddətinə icarəyə vermişdir. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********9 saylı arayışdan görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X12 Departamenti tərəfindən verilmiş arayış əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində yerləşən kafe-dönərxana ********** saylı VÖEN əsasında X4 rəhbərliyi ilə fəaliyyət göstərir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə Xətai RPİ-nin 36-cı PB-nin rəisi, polis polkovnikleytenantı Rza Əliyevin MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3.000 manat cərimə tənbeh növü tətbiq edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarından protest vermə müddəti bərpa olunmaqla icraatına xitam verilməlidir. Buna görə də Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından protest vemə müddəti bərpa olunmaqla icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri Xətai rayon prokurorluğu və Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Bakı şəhəri Xətai rayon prokurorluğu və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Protesti, iş materiallarını araşdırıb hesab edirəm ki, protest əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Cavid Quliyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X7 xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Xətai rayonun, M.Hadi küçəsində yerləşən “Şanlı Urfa” restoranında öz başına fəaliyyət göstərərək karantin rejim qaydalarını pozmuş və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Xətai rayonun, M.Hadi küçəsində yerləşən “Şanlı Urfa” restoranında öz başına fəaliyyət göstərərək karantin rejim qaydalarını pozmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzrədə tutulmuş xətanı törətdiyinə görə, vəzifəli şəxs kimi 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253- 1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538- 1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən, prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 54.6-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Məhkəmə iclasında müəyyən olundu ki, X7 xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Xətai rayonun, M.Hadi küçəsində yerləşən “Şanlı Urfa” restoranında öz başına fəaliyyət göstərərək karantin rejim qaydalarını pozması müəyyən edilmiş, X3 barəsində Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Cavid Quliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin inzibati protokol əsasında Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rza Əliyevin xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 3.000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, həmin inzibati xəta haqqında işlə baxılarkən prokuror, nə də ki, prokurorun sələhiyyətli nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin müddəalarından görünür ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Qanunvericiliyin göstərişindən aydın görünür ki, (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına rəsmi qaydada verilir. Məhz iştirakçılar qərarı rəsmi qaydada aldıqları vaxtan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, zibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləin 134.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə uyğun olaraq prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etdikdə, həmin işlər üzrə məhkəmə tərəfindən qəbul edilən qərar və ya qərardadlardan protest vermək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbləri baxımından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2, 54.3 və 54.6-cı maddələrinin hal-hazırda qüvvədə olan redaksiyasına müvafiq olaraq, prokuror öz təşəbbüsü ilə başlanmış, həmçinin yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işin baxılmasında iştirak edib-etməməsindən asılı olmayaraq həmin iş üzrə qəbul edilmiş qərardan məhkəməyə protest vermək hüququna malikdir. Məhkəmə belə hesab edir ki, Xətai Rayon Prokurorluğu inzibati xətalar haqqında işə baxılmasında iştirak etmədiyindən və protest hüqu olmayan şəxs tərəfindən verildiyindən Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından protest vemə müddəti bərpa olunmaqla icraata xitam verilməsi barədə protesti təmin edilməmildir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik leytenantı Rza Əliyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından protest vemə müddəti bərpa olunmaqla icraata xitam verilməsi barədə protesti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-352/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-352/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver