Məhkəmə qərarları › İş №3(011)-3529/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3529/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3529/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə, "xxxx" MMC-nin direktoru X3 iştirakı ilə iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsinin inzibati xəta haqqında 05 avqust 2024-cü il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsinin tərəfindən «M Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə «M Kompaniyası” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 578.2-ci maddəsinə əsasən 05 avqust 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, (VÖEN **********) «M Kompaniyası” MMC tərəfindən 01 iyun 2024-cü il tarixdə Mingəçevir şəhərində 5 nəfər əcnəbi «M Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş icazəsi tələb olunduğu hallarda belə icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 01 iyun 2024-cü il tarixdə Mingəçevir şəhərində 5 nəfər əcnəbi «M Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş icazəsi tələb olunduğu hallarda belə icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilmişdir. Bununla da, «M Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 izahat verərək, 01 iyun 2024cü il tarixdə Mingəçevir şəhərində 5 nəfər əcnəbi «M Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş icazəsi tələb olunduğu hallarda belə icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bildirmişdir ki, həmin şəxsləri qonaq kimi dəvət etmişdir, lakin işi alınmadı. Tədbirlər kimsəsiz uşaqlar üçün təmənnasız təşkil edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, «M Kompaniyası” MMC tərəfindən İXM-nin 578.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də «M Kompaniyası” MMC İXM-nin 578.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən tərtib edilmiş 05 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, 01 iyun 2024-cü il tarixdə Mingəçevir şəhərində 5 nəfər əcnəbi «M Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iş icazəsi tələb olunduğu hallarda belə icazə olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 01 iyun 2024-cü il tarixdən əcnəbinin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən Gavrilenko Liubov barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 01 noyabr 2023-cü ildən 01 iyun 2024-cü il tarixədək “M kompany”-nin təşkil etdiyi sirklərdə hava qimnastı işləməsi müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən Stepanets İaroslav barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 01 iyun 2024-cü il tarixdə əcnəbinin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən X1 barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.67-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 578-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti baxır. Azərbaycan Respublikası Miqrsiya Məcəlləsinin 51.1-ci maddəsinə sasaən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Belə ki, iş üzrə inzibati tənbeh vermə haqqında protokollardan, izahatlardan və inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Qazaxstan Respublikası vətəndaşları Khudaibergenova Alıya, Dyussebekov Aman, Özbəkistan Respublikası vətəndaşı X2, Ukrayna vətəndaşı laroslav Stepanets, Moldova Republikası vətəndaşı Liubov Gavrilenko «M Kompaniyası” MMC tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri iş icazəsi alınmadan işə cəlb edilmişdirlər. İXM-nin 578.1-ci maddəsinə görə İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. İXM-nin 578.2-ci maddəsinə görə eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «M Kompaniyası” MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: «M Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 30.000,00 (otuz min) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar