Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3530/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X11 və etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X15 2021-ci ilin noyabr ayından xx.xx.2022-ci il tarixədək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin tələblərinin pozulması faktı olmuşdur. Bununlada hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X19 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən X22 2021-ci ilin noyabr ayından xx.xx.2022-ci il tarixədək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyindən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin tələbləri pozulduğundan hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X20 hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC 2020-ci ilin sonunda yaranmışdır və bu günədək çoxlu sayda işçilər işə qəbul olunmuş və işdən azad olmuşlar. Bu halı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən rahatlıqla görmək mümkündür. Müəssisədə çalışan işçilərin əmək haqları və digər icbari ödənişləri vaxtlı-vaxtında tam həcmdə ödənilir. Hazırda müəssisədə 24 nəfər işçi çalışır. Cari ilin sentyabr ayında müəssisədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsindən zəng vuraraq bildirmişlər ki, vətəndaş X6rın müəssisəsində satış şöbəsinin rəisi vəzifəsində işləmişdir və onunla əmək müqaviləsi bağlanmamışdır. X22 ünvanladığı müraciət həqiqəti əks etdirmir. Belə ki, həmin şəxs şirkətin rəhbəri ilə dost olmuşlar və uzun illər əvvəl Dubai şəhərində bizneslə məşğul olmuşlar. 2021-ci ilin payız aylarında X15 atası ölmüşdür və məcburən atasının dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlmişdir və qalmağa yeri olmadığı üçün Şəxs MMC-nin ofisində yaşamışdır. 2022-ci ilin yanvar ayında şirkətin ofisində cinayət hadisəsi baş vermişdir. Həmin cinayət hadisəsinin istintaqı zamanı X22 zərəçəkmiş şəxs kimi ifadələr vermişdir ki, həmin ifadələrdən də tam aydın olur ki, şikayətçi X22 Şəxs MMC-də işləməmişdir. Müəssisədə hər hansı bir işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilməsinə zərurət yaranmır. Vətəndaş X22 şikayət ərizəsində göstərmişdir ki, o guya satış şöbəsinin rəisi vəzifəsində işləmişdir. Bu hal da həqiqətə uyğun deyil ona görə ki, müəssisədə satış şöbəsinin rəisi vəzifəsi təsis edilməmişdir. Bundan başqa cari ilin iyun ayının 10-da müəssisənin ofis işçiləri X15 nalayiq hərəkətlərindən (ofisin işçisi X3 qarşı seksual xarakterli hərəkətlər) şikayətlər etmişlər və bu səbəbdəndə X15 ofisə gəlməsinə və orada yaşamasına qadağa qoyulmuşdur. İş materiallarından göründüyü kimi X22 əsassız yazdığı şikayət ərizəsində göstərmişdir ki, o, guya 15 iyun 2022-ci il tarixədək Şəxs MMC-də təsis edilməyən vəzifədə çalışmışdır. Belə olan halda da bir daha Şəxs MMCni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərinə görə İnzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bütün bu dəlilləri dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinə şifahi olaraq bildirsələr də onlar bu halları araşdırmadan əsassız olaraq xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun protokol tərtib edərək baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərmişlər. Beləliklə, o, hüquqi şəxs Şəxs MMC tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barələrində 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X11 izahatında X8 göstərdiyi xüsusatları təsdiqləyərək hüquqi şəxs Şəxs MMC tərəfindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirmiş və barələrində 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o qeyd etmişdir ki, 10 ilə yaxındır X22 ilə dost olmuşdur. Bir müddət Dubayda da çalışmışlar. Samir 2021-ci ilin axırlarında problemləri olduöu üçün Azərbaycan Respublikasına qayıtmışdır. Bura gəldikdə yaşamağa yeri olamdığından onu yanına gətirmiş və yaşamaq üçün ofisində yer vermişdir. Bir müddət sonra işçilər tərəfindən ona şikayətlər daxil olmuşdur. O qadın işçilərə qarşı nalayiq hərəkətlər etmişdir. Həmçinimn bu barədə Şəxs MMC-nin əməkdaşı X2 İşlər Nazirliyinin rəhbərliyinə şikayət etmişdir. Onun ərizəsinin surətini iş materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Bu şikayətlərdən sonra aralarında konflikt yaşanmışdır, onlar bir neçə dəfə mübahisə etmişlər. Buna görə də Samir bir müddət sonra ona ziyan vurmaq üçün Əmək Müfəttişliyinə müraciət edərək Şəxs MMC-nin işçisi olduğunu bildirmişdir. Həmçinin o qeyd etmişdir ki, Şəxs MMC-də ümumiyyətlə satış şöbəsinin rəisi vəzifəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahat verərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayının 10-na qədər Şəxs MMC-də satış şöbəsinin rəisi vəzifəsində işləmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq rəhbərlik bəhanələr gətirərək onunla rəsmi əmək müaviləsi bağlamamışdır. Bü müddət ərzində əmək müqaviləsi olmadan işləmişdir. Əmək haqqı 3000 manat razılaşdırılmış, lakin ona heç bir əmək haqqı ödənilməmişdir və müəssisənin ona olan borcu 24000 manat təşkil etmişdir. Rəhbərliklə aralarında yaranmış narazılıq səbəbindən şəxsiyyət vəsiqəsi, xarici pasportu, hərbi bileti və digər zəruri sənədləri məhv edildiyindən müvafiq dövlət qurumlarına hüquqlarının müdafiəsi üçün müraciət etməsi ləngimişdir. Həmçinin o qeyd etmişdir ki, Shopstore» MMC-nin direktoru X11 ilə arasında konflikt olmuşdur. Lakin konfliktin nədən yarandığını demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahat verərək bildirmişdir ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayının 15-ə qədər Şəxs MMC-də sayt admini olaraq fəaliyyət göstərmişdir. X22 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına qədər Şəxs MMC-də satış şöbəsinin rəisi vəzifəsində işləmişdir. Lakin X16 rəhbərlik arasında narazılıq olduğundan onunla əmək müqaviləsi bağlanmamışdır və o, müqaviləsiz işləmişdir. Həmçinin o qeyd etmişdir ki, Şəxs MMC 2022-ci ilin iyun ayında onun barəsində Daxili işlər Nazirliyinə şikayət etmişdir, lakin həmin məsələdə onun heç bir günahı olmamaışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verərək bildirmişdir ki, uzun müddətdir ki, Şəxs MMC-də təchizatçı vəzifəsində çalışır, lakin 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayının 15-nə kimi sözügedən müəssisədə X15 çalışmasının şahidi olmamışdır. Belə ki, X16 Şəxs MMC-nin direktoru X11 arasında dostluq münasibətləri olmuşdur və bir müddət X22 müəssisənin ofisində, X1 yaşamışdır. O özü də Samiri bundan sonra tanımışdır, direktorun dostu olduğu üçün aralarında normal münasibət yaranmışdır. Lakin həmin şəxs Şəxs MMC-də heç bir vəzifədə işləməmişdir və bir müddət sonra digər işçilər tərəfindən rəhbərliyə onun nalayiq hərəkətlərinə dair şikayətlər daxil olduğundan onun müəssisədə yaşamasına da icazə verilməmişdir. X22 ilə X11 arasında bu məsələlərdən sonra münaqişə yaranmışdır. Həmçinin o qeyd etmişdir ki, Şəxs MMC-də ümumiyyətlə satış müdiri vəzifəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X15 2021-ci ilin noyabr ayından xx.xx.2022-ci il tarixədək Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir; Şəxs MMC-nin direktoru X11 imzalanmış və möhürlə təsdiqlənmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ştat cədvəllərindən görünür ki, Şəxs MMC-də 23 nəfər işçi vardır və həmin işçilər arasında X22 adlı şəxs yoxdur; Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində 17 fevral 2022-ci il tarixdə ********* nömrəli cinayəti işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X22 Azərbaycan Respublikası CPM-nin 297-ci maddəsi ilə biləbilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuş və bundan sonra o, ifadəsində bildirmişdir ki, X11 ilə təxminən 10 ilə yaxındır ki, dostluq, həmçinin partnyorluq edirlər. Belə ki, Ramillə Dubay şəhərində yaşadığı dövrdə birlikdə iş qurmuşlar. Bir müddət şərikli işlər görmüşlər və aralarında daimi olaraq iş birlikləri olmuşdur. O, 2019-cu ilin sentyabr ayının 17-dən etibarən Azərbaycan Respublikasına qayıtdıqdan sonra Ramillə görüşmüş və birlikdə işləmək qərarına gəlmişlər. O, Dubayda olan olan əlaqələrindən istifadə etməklə Ramilə kömək etmək məqsədi var idi. Ramil təxminən 15-20 ildir ki, müxtəlif sahələrdə ticarətlə məşğuldur. Ramil 2020-ci ildən Şəxs MMC-ni təsis etmiş, həmçinin Apple şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. O arada bir Ramilin yanına gəlib onunla görüşmüş və söhbətləşmişdir. Son zamanlar aralarında hər hansı bir iş birliyi olmasa da müəyyən planları vardır ki, gələcəkdə hansısa iş birliyi qursunlar; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X11 Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova ünvanladığı X23 barəsində olan şikayət ərizəsində qeyd etmişdir ki, 2022-ci ilin iyun ayının 10-da müəssisənin elektron portalına (vebsayt üzrə administrator) məsul olan şəxs X23 ərizə ilə müraciət edərək işdən azad olunmaq arzusunda olduğunu bildirmiş və elə həmin gün o tutduğu vəzifədən azad olunmuşdur. Növbəti gün o, ofisə gələndə aşkar etmişdir ki, şirkətin rəsmi saytında olan malların dəyəri dəfələrlə aşağı salınmışdır. Vebsaytın administrator şifrəsi olmadan rəsmi saytda hər hansı dəyişiklik etmək mümkün deyil, həmin şifrə isə yalnız X12 olmuşdur. 19 iyun 2022-ci il tarixə isə gecə saat 23:00 radələrində şirkətə məxsus 2 ədəd kompyuterlərin məlumat bazası silinərək bloklanmışdır. Hüquqi şəxs Şəxs MMC-də operator kassir vəzifəsində çalışan X9 Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova ünvanladığı şikayət ərizəsində X5 zorladığını, ona hədə-qorxu gələrək 30000 manat məbləğində pul alaraq geri qaytarmadığını qeyd etmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, vətəndaş X22 hüquqi şəxs Şəxs MMC-nin barəsində şikayət ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək qeyd etmişdir ki, 2021-ci ilin noyabr ayında Şəxs MMC-də satış şöbəsinin rəisi vəzifəsində işləməyə başlamışdır. Razılaşma əsasında ona aylıq 3000 manat məbləğində əmək haqqı ödənilməli idi, 15 iyun 2022-ci il tarixinə qədər həmin müəssisədə işləməyinə baxmayaraq, onunla əmək münasibətləri rəsmiləşdirilməmişdir, yəni əmək müqaviləsi bağlanmamışdır. Bu məsələlərlə bağlı rəhbərliyə narazılığını ifadə etdikdə onunla əmək münasibətlərinə son verilmiş və bu aylar ərzində ona ödənilməli olan əmək haqqı məbləği ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayının 15-nə kimi X18 AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə X15 ərizəsində qeyd olunan xüsusatlarla bağlı qeyd edir ki, o, 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayının 15-nə kimi Şəxs MMC-də satış şöbəsinin rəisi vəzifəsində işləməsini iddia etsə də, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində 17 fevral 2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində X22 qeyd etmişdir ki, X11 ilə təxminən 10 ilə yaxındır ki, dostluq, həmçinin partnyorluq edirlər. Belə ki, Ramillə Dubay şəhərində yaşadığı dövrdə birlikdə iş qurmuşlar. Bir müddət şərikli işlər görmüşlər və aralarında daimi olaraq iş birlikləri olmuşdur. Ramil 2020-ci ildən Şəxs MMC-ni təsis etmiş, həmçinin Apple şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. O, arada bir Ramilin yanına gəlib onunla görüşmüş və söhbətləşmişdir. Son zamanlar aralarında hər hansı bir iş birliyi olmasa da müəyyən planları vardır ki, gələcəkdə hansısa iş birliyi qursunlar. Həmçinin ifadəsi alınmazdan əvvəl o, Azərbaycan Respublikası CPMnin 297-ci maddəsi ilə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuşdur və bundan sonra o, vermiş olduğu ifadəsində X11 ilə aralarında heç bir əmək münasibətinin olmadığını bildirmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, X22 hüquqi şəxs Şəxs MMC-də satış şöbəsinin rəisi vəzifəsində çalışdığını qeyd etsə də, məhkəməyə təqdim olunmuş ştat cədvəllərindən məlum olur ki, Şəxs MMC-nin 23 işçisi vardır və həmin müəssisədə satış şöbəsinin rəisi vəzifələri təsis olunmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, X22 Şəxs MMC-də çalışmasını X23 və X10 adlı işçilərin təsdiq edə biləcəyini qeyd etmişdir. Bu səbəblə məhkəmə iclasında şahid X13 iştirakı təmin edilmiş və o, izahat verərək bildirmişdir ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayının 15-ə qədər Şəxs MMC-də sayt admini olaraq fəaliyyət göstərmişdir. X22 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına qədər Şəxs MMC-də satış şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmçinin o qeyd etmişdir ki, işdən azad olunduqdan sonra, təxminən iyun ayında Şəxs MMC tərəfindən onun barəsində Daxili İşlər Nazirliyinə şikayət edilmişdir və bu məsələ ilə əlaqədar aralarında problem yaşanmışdır. O bu məsələ ilə bağlı izahat vermişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin direktoru X11 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova ünvanladığı ərizəsində qeyd etmişdir ki, X23 2022-ci ilin iyun ayının 10-na kimi müəssisənin vebsayt üzrə administratoru kimi işləmiş, sonra öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuşdur. Lakin vebsaytın administrator şifrəsi onda olduğundan qanunsuz olaraq rəsmi sayta daxil olmaqla dəyişikliklər etmiş və şirkətə məxsus 2 ədəd kompyuterlərin məlumat bazasını silərək bloklamışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatına əsaslanaraq X15 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayının 15-ə qədər Şəxs MMC-də çalışması qənaətinə gəlinməsi yolverilməzdir. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən açıq aşkar görünür ki, Şəxs MMC-nin direktoru X11 ilə X23 arasında sonuncunun işdən azad olunduqdan sonra ədavət yaranmışdır və bu səbəbdən məhkəmə E.Cəfərovun verdiyi izahatı mötəbər və inandırıcı sübut kimi qəbul etmir. X10 ilə əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə iclasına çağırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməkdən imtina etmişdir. Həmçinin, məhkəmə iclasında izahatı alınmış Şəxs MMC-də təchizatçı vəzifəsində çalışan X17 bildirmişdir ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayının 15-nə kimi sözügedən müəssisədə X15 çalışmasının şahidi olmamışdır. Belə ki, X16 Şəxs MMC-nin direktoru X11 arasında dostluq münasibətləri olmuşdur və bir müddət X22 müəssisənin ofisində yaşamışdır. Bundan əlavə X22 Şəxs MMC-də çalışmasının “Whatsapp” yazışmaları ilə təsdiq edildiyini bildirərək həmin yazışmaları təqdim etmiş, lakin sözügedən “Whatsapp” yazışmalarına baxış keçirildikdə X15 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayının 15nə qədər Şəxs MMC-də işləməsini təsdiq edən sübut əhəmiyyətinə malik hər hansı mötəbər məlumat aşkar edilməmişdir. Həmin yazışmaların məzmunundan X15 Şəxs MMC-də işləməsini müəyyən etmək qeyri-mümkündür. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3530/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3530/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver