Məhkəmə qərarları › İş №3(011)-3531/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3531/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3531/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5390/2021 nömrəli, 15 sentyabr 2021-cı il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)-741/2019 nömrəli, 25 iyul 2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-812/2019 nömrəli, 02 iyul 2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-4728/2020 nömrəli, 08 oktyabr 2020-cı il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)-5625/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-3076/2020 nömrəli, 17 aprel 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən 21 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru Xatir Məmmədov məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5390/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 4000 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu X2 xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 741/2019 nömrəli, 25 iyul 2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2017-ci il tarixli, **********01944107 saylı birkart müqaviləsi üzrə 998,11 manat əsas, 293,83 manat faiz borcu olmaqla, cəmi 1291,94 manat borc və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-812/2019 nömrəli, 02 iyul 2019-cu il tarixli icra sənədinə əsasən, 28 noyabr 2017ci il tarixli kredit müqaviləsi əsasında Şəxs və X1 müştərək qaydada 16.022.52 manat əsas, 3.066.31 manat faiz borcu, cəmi 19.088.83 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 20 manat olmaqla iddaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4728/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs 2928.41 manat əsas borc, 526.61 manat faiz borcu, 28 manat cərimə borcu olmaqla, ümumilikdə 3483.02 manat məbləğində pul vəsaiti iddaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5625/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2017-ci il tarixli 3-Y-1-0-317-17 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2890.56 manat, faiz borcuna görə 343.97 manat, dəbbə puluna görə 5 manat olmaqla cəmi 3239.53 manat borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3076/20210 nömrəli, 17 aprel 2020-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********58843 “Samsung Galaxy J5” markalı telefon üçün 326 manat ödənilməmiş hissə, 32 manat cərmə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********61576 “HOFFMANN X MAX” markalı telefon üçün 74 manat ödənilməmiş hissə, 7 manat cərmə, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı paltaryuyan üçün 141 manat ödənilməmiş hissə, 14 manat cərmə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Gorenje” markalı kondisioner üçün 742 manat ödənilməmiş hissə, 74 manat cərmə, ümumilikdə 1410 manat borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat Şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və Şəxs icra sənədlərini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Lakin Şəxs icra sənədləri üzrə tələbi tam təmin etməyərək 24412 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən 24412 manat borcu vardır. Lakin hazırda işsiz olduğundan həmin borcları ödəyə bilmir. Himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5390/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 4000 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-741/2019 nömrəli, 25 iyul 2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixli, **********01944107 saylı birkart müqaviləsi üzrə 998,11 manat əsas, 293,83 manat faiz borcu olmaqla, cəmi 1291,94 manat borc və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-812/2019 nömrəli, 02 iyul 2019-cu il tarixli icra sənədindən görünür ki, 28 noyabr 2017-ci il tarixli kredit müqaviləsi əsasında Şəxs və X1 müştərək qaydada 16.022.52 manat əsas, 3.066.31 manat faiz borcu, cəmi 19.088.83 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 20 manat olmaqla iddaçı "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4728/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2928.41 manat əsas borc, 526.61 manat faiz borcu, 28 manat cərimə borcu olmaqla, ümumilikdə 3483.02 manat məbləğində pul vəsaiti iddaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5625/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixli 3-Y-1-0-317-17 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2890.56 manat, faiz borcuna görə 343.97 manat, dəbbə puluna görə 5 manat olmaqla cəmi 3239.53 manat borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3076/20210 nömrəli, 17 aprel 2020-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********58843 “Samsung Galaxy J5” markalı telefon üçün 326 manat ödənilməmiş hissə, 32 manat cərmə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********61576 “HOFFMANN X MAX” markalı telefon üçün 74 manat ödənilməmiş hissə, 7 manat cərmə, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən, “HOFFMANN” markalı paltaryuyan üçün 141 manat ödənilməmiş hissə, 14 manat cərmə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, “Gorenje” markalı kondisioner üçün 742 manat ödənilməmiş hissə, 74 manat cərmə, ümumilikdə 1410 manat borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat Şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar