Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3532/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi ilə X2 barəsində Xətai Rayon Dövlət X6 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Nümayəndə verdiyi şikayətə baxmağa hazırlıq zamanı, MÜƏYYƏN ETDİM: Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 barəsində Xətai Rayon Dövlət X6 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Nümayəndə Xətai Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialları təhlil edilərkən müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət inzibati qaydada cərimə tənbehi tətbiq edilmiş, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və ya müdafiəçi tərəfindən deyil, Nümayəndə tərəfindən imzalanmaqla verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Nümayəndə Xətai Rayon Dövlət X6 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək hüququ olmadığından şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 barəsində Xətai Rayon Dövlət X6 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Nümayəndə tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3532/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3532/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver