Məhkəmə qərarları › İş №3(011)-354/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-354/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-354/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 36 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, sürücü Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində dövlət qeydiyyat nişanları olmadan idarə etdiyi “LF 7132/2 320” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Xətai rayonu, Sadıqcan küçəsi ilə hərəkətdə olarkən piyada keçidinin qarşısında dayanmış X5 idarə etdiyi “Mercedes Benz E200” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur, “Mercedes Benz E200” markalı avtomobilin qapısı açıq olduğundan “BMW” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qapısına dəymişdir. Hadisə nəticəsində “Mercedes Benz E200” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişinlər X7 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər və qızı X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs və zərərçəkmiş şəxslər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 899 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ dirsək oynağı nahiyəsində qançır və sıyrıq küt əşyanın təsirindən törənmişdir, sərnişin qismində olduğu avtomobildən düşərkən olduğu avtomobilin arxadan digər avtomobillə vurulması nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 900 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sol diz oynağı nahiyəsində hematoma, sol baldır və sağ aşıq - baldır oynağı nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sərnişin qismində olduğu avtomobildən düşərkən olduğu avtomobilin arxadan digər avtomobillə vurulması nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı Vlazim Musayev tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xətai RPİ Dövlət Yol Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar