Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3549/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-67933 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində çıxarılmış EQ 21743621 saylı inzibati xəta haqqında qərarın ləğv olunması və iş üzrə icraat xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1502/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı 2 aydan çox müddətə qərarda göstərildiyi kimi qismən təmin edilmişdir və o, BDYP-yə gələrək müraciət etdikdən sonra ona işin araşdırılması haqqında məktub təqdim edilmişdir. BDYP-nin əməkdaşları araşdırmanı belə izah edirlər ki, süni intellektli cihaz vasitəsi ilə çəkilmiş avtomobilin şəkli var. Polis işçisi bildirir ki, foto görüntü əsas verir ki, inzibati tənbeh qərarı verilsin. İlkin məhkəmə prosesində şikayətçinin ilkin əsaslandırmalarını təkrar etmədən və BDYP-nin tam və ətraflı araşdırması olmadığına görə haqqında çıxarılmış qərara xitam verilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, inzibati xətanın baş verdiyi ərazidə quraşdırılmış cihazlarda hərdən yanlışlıq ola bilir və bu yanlışlıqla cihaz sürət həddini səhv olaraq aşılmış sürət həddi olaraq qeydə ala bilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şikayətçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsini xx.xx.2025-ci il tarixli 3(011)-1502/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Qərarın ləğv edilməsi və yenidən araşdırılmanın nəticələrinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-67933 saylı inzibati xəta haqqında iş üzrə qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, inzibati xəta haqqında işə yenidən baxılarkən elektron qərar üzrə foto və video görüntülər əsasında sürücünün sözügedən avtomobillə sürət məhdudiyyəti 70 km/saat olduğu halda 92 km/saat sürətlə hərəkət etdiyi təsdiqini tapmış və bu baxımdan da qayda pozuntusu tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə- əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı şikayətçi izahat verərək sürət ölçən cihazların sürət həddini yanlışlıqla aşılmış olaraq qeydə aldığını və bunun həmin cihazlarda olan texniki nasazlıqla əlaqədar olduğunu bildirsə də buna dəlalət edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-67933 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1- 67933 saylı inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun sürəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-3549/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3549/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver