Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3553/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş 20.07.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş 20.07.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri BPİ-nin DYPİ-nin inspektoru polis kapitanı X1 tərəfindən barəsində AR İXM-nin 329.1-ci maddəsilə 09.07.2021-ci il tarixdə 40 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan hadisə ilə bağlı bildirir ki, istifadəsində olan ** SU *** qeydiyyat nişanlı, BMW 535İ minik markalı nəqliyyat vasitəsilə 09.07.2021-ci il tarixdə saat 10:30 radələrində Yusif Səfərov 53B istiqamətində hərəkət etdiyi zaman YPX əməkdaşları (avtomobilin nömrəsi ** YP ***) polis kapitanı X1 onu saxlayaraq əsassız və sübuta yetirilməmiş faktlarla guya ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş və bununla əlaqədar ona inzabati xəta protokolu (İXP 4062084) tərtib etmişdir. Bu halda təsdiqedici sənədlərin (qəza vəziyyəti yaradılmış konkret avtomobil, avtomobilin sürücüsünün bu haqda şikayət ərizəsi və ya digər təsdiqedici sənədlər) təqdim olunması zəruridir ki, öz iradını YPX əməkdaşına bildirdiyi zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyi barədə video görüntü göstərməmişdir. Bu gün ölkədə Cənab Prezident tərəfindən köklü islahatlar aparılır, məmurlara, dövlət qulluqçularına vətəndaşları əsassız incitməmək barədə tapşırıqlar verilir. Bununla əlaqədar X5 cənab V.Eyvazov tərəfindən çox ciddi addımlar atılır və o bir vətəndaş olaraq, görülən işləri yüksək qiymətləndirir. Polis xalqın keşiyindədir, təhlükəsizliyin qarantıdır. Həmçinin, bildirir ki, hadisənin videogörüntüsünü ona göstərdi, həmin videogörüntüdə onun təqsirli olmağı görsənmir. Həmin videogörüntünü tələb etsə də ona təqdim etmədi, ona həmin videogörüntünü təqdim edilməsini bildirsə də həmin videogörüntü ona təqdim etməkdən imtina etdi və həmin vidogörüntü bu günədək təqdim edilməmişdir. Eyni zamanda həmin yerdə təhlükəsiz şəhər videogörüntüləri vardır. Həmin videogörüntü ilə işə baxılıb qərar verilməli idi. Buna görə də hesab edir ki, protokol üzrə inzibati araşdırma aparılmadan formal olaraq inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolla razı olmadığı təqdirdə iş vəzifəli şəxs tərəfindən araşdırılarkən ona məlumat verilməmiş, inzibati araşdırmada onun iştirakı təmin olunmamışdır. Buda qərar qəbul edilərkən növbəti pozuntu olmasına dəlalət edir. Nəticə etibarı ilə bildirir ki, bununla bağlı onun heç bir günahı yoxdur, buna görə də Bakı şəhəri BPİ-nin DYPİ-nin inspektoru polis kapitanı X1 tərəfindən barəsində AR İXM-nin 329.1-ci maddəsilə 20.07.2021-ci il tarixdə 40 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarı tam qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməlidir. Bakı şəhəri BPİ-nin DYPİ-nin inspektoru polis kapitanı X1 tərəfindən barəsində qəbul edilmiş AR İXM-nin 329.1-ci maddəsilə olan 20.07.2021-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş 20.07.2021-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X4 09.07.2021-ci il tarixində saat 10:30-da Yusif Səfərov küçəsi 53b-də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 09.07.2021-ci il tarixində saat 10:30-da Yusif Səfərov küçəsi 53b-də təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi əsası ilə İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Məhkəmə iclasında X4 həmin tarixdə təhlükəsizlik kəmərini bağladığını göstərmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 20.07.2021-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, 20.07.2021-ci il tarixli, TP ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, videogörüntüyə baxış keçirilməli, şikayətçinin göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, 20.07.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X7 İdarəsinə qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş 20.07.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin X7 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-3553/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3553/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver