Məhkəmə qərarları › İş №3(011)-356/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-356/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-356/2022 17.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayon DYPŞ tərəfindən onun barəsində İXM-nin 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Belə ki, Xətai Rayon Məhkəməsinin 3(011)-3390/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına xitam verilmişdir. Lakin Xəzər rayon DYPŞ-nin əməkdaşları tərəfindən heç bir araşdırma aparılmadan onun barəsində əsassız olaraq xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunumüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Xəzər rayon DYPŞ-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Xəzər rayon DYPŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar qəbul olunarkən, heç bir araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin əməlində inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan, şikayətçinin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması müəyyən edilmədən qərar qəbul edilmişdir. Belə ki, iş üzrə mövcud olan çıxarışdan məlum olur ki, cərimə həmin vaxt artıq ödənilmişdir. Bu səbəbdən inzibati xəta törədən şəxsin hüquqlarının məhdudlaşdırılması barədə məlumatı olmamışdır. Məlumat aldığı zaman X3 məhkəməyə müraciət etmiş və həmin iş üzrə cərimə ödənildiyindən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-cu il tarixli qərarına xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Həmçinin qərarda nəyə əsasən təkrar, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması göstərilməmişdir. Belə ki, X2 əvvəllər nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması iş materialları ilə sübuta yetmir. Bu səbəbdən məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkib hissəsi mövcüd deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti əsaslı olduğundan təmin edilməli, Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə inzibati xəta törətməsinə dair Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş 08 noyabr 2021ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar