Məhkəmə qərarları › İş №3(011)-3561/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3561/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3561/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Mahmudlu ərazi dairəsi, Mahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan vurmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Elvin Hüseynli tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs müraciət edərək bildirmişdir ki, təxminən 10 ay bundan qabaq keçmiş həyat yoldaşı Şəxs ilə rəsmi olaraq boşanmışlar. Birgə nikahdan 3 az yaşlı övladı vardır. Mənsur ilə boşandıqdan sonra aralarında mübahisələr yaranmışdır. Digər 2 övladı onunla qalmışlar və kiçik qızı Talıblı Dilay isə onunla qalmışdır. xx.xx.2025-ci il tarixdən qızı Dilay atası ilə qalmağa başlamışdır. Bu gün yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 12:10 radələrində Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 22 nömrəli məktəbdən dərsdən çıxdıqdan sonra, idarə etdiyi Toyota Corolla markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qızını götürmüş və avtomobili idarə etməyə başlayanda keçmiş həyat yoldaşı Mənsur avtomobilin ön hissəsinə keçərək avtomobili saxlamağına və qızı Dilayı götürmək istədiyini bildirmişdir. Həmin vaxt o, onun sözlərinə məhəl qoymayıb idarə etməyə başlayandan sonra avtomobilinin sol güzgünü sındırmış, mismar ilə ön və arxa qapını cızmış və avtomobilin kapotuna bir necə yumruq zərbəsi endirdikdən sonra qızı Dilayla birlikdə çıxıb getmişdir. Ümumilikdə 400 manat ziyan dəymişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasəf Şəhriyarov tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin müvafiq quruma göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasəf Şəhriyarov tərəfindən Şəxs və Zərərçəkmiş şəxs izahatı alınmış, Zərərçəkmiş şəxs ona 400 manat ziyan dəydiyini bildirmiş, Şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilə ziyan vurduğunu bildirmişdir. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Ağasəf Şəhriyarov tərəfindən 20 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Toyota Corolla” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Təqdim olunmuş protokollar, fotoşəkillər, tərəflərin izahatları və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həddində - 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar