Məhkəmə qərarları › İş №3(011)-3565/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3565/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3565/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru Vəfadar Həsənov və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 21 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanından X1 məxsus olan “Bork” markalı kondisionerin matorunu oğurlamışdır. Bundan başqa, 11 avqust 2022-ci il tarixdə ünvan 5vanının qarşısında X2 məxsus olan içərisində 230 manat nəğd pul və bank kartları olan pul kisəsini oğurlamışdır. Bundan başqa, 16 may 2022-ci il tarixdə Gəncə prospekti 16 ünvanında yerləşən “Zoomarket”-dən X5 məxsus olan “Samsung A10” markalı telefonu oğurlamışdır. Xətai rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı Şəxs şübhəli şəxs qismində polis şöbəsinə dəvət olunmuş, daha sonra o, narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmış və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməsi aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru Vəfadar Həsənov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, MN seryalı ******* nömrəli, MN seryalı ******* nömrəli və MN seryalı ******* nömrəli protokollar tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, ünvan 3 ünvanından kondisionerin matorunu oğurlamışdır. Bundan başqa, ünvan 5vanıdan içərisində 230 manat nəğd pul və bank kartları olan pul kisəsini oğurlamışdır. Bundan başqa, Gəncə prospekti 16 ünvanında yerləşən “Zoomarket”-dən “Samsung A10” markalı telefonu oğurlamışdır. Oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs qismində polis şöbəsinə dəvət olunmuş, daha sonra o, narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmış və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməsi aşkar edilmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır, bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru Vəfadar Həsənov izahatında göstərdi ki, 21 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanından X1 məxsus olan “Bork” markalı kondisionerin matorunu oğurlamışdır. Bundan başqa, 11 avqust 2022-ci il tarixdə ünvan 5vanının qarşısında X2 məxsus olan içərisində 230 manat nəğd pul və bank kartları olan pul kisəsini oğurlamışdır. Bundan başqa, 16 may 2022-ci il tarixdə Gəncə prospekti 16 ünvanında yerləşən “Zoomarket”-dən X5 məxsus olan “Samsung A10” markalı telefonu oğurlamışdır. Xətai rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı Şəxs şübhəli şəxs qismində polis şöbəsinə dəvət olunmuş, daha sonra o, narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmış və müayinə nəticəsində narkotik və psixotrop maddələrdən istifadə etməsi aşkar edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Qabil Hüseynov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X3 DİN-nin 102 xidmətinə məlumat verərək “Bork” markalı kondisionerin matorunun oğurlanmasını bildirmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən naməlum şəxsin tapılaraq, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası aidiyyəti üzrə polis sahə inspektoruna həvalə edilmişdir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Ramil İsmayılov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanda yaşayan X4 36-cı PB müraciət edərək ona məxsus olan içərisində 230 manat nəğd pul və bank kartları olan pul kisəsinin oğurlanmasını bildirmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən naməlum şəxsin tapılaraq, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası aidiyyəti üzrə polis sahə inspektoruna həvalə edilmişdir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Aslan Rəhimov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 may 2022-ci il tarixli qərardan görünür ki, ünvan 7 ünvanda yaşayan X8 36-cı PB müraciət edərək 16 may 2022-ci il tarixdə Gəncə prospekti 16 ünvanında yerləşən “Zoomarket”-dən ona məxsus olan “Samsung A10” markalı telefonunun oğurlanmasını bildirmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən naməlum şəxsin tapılaraq, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası aidiyyəti üzrə polis sahə inspektoruna həvalə edilmişdir. İş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə 22 sentyabr 2022-ci il tarixli, 4015 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən“OPİ” (heroin, tiryək), “MOP”, “MTD”, “THC” və “AMP” maddələri aşkar edilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 sentyabr 2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri olaraq həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 35 (otuz beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdə, saat 17:00-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar